Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıbAzərbaycan sülh sazişinin imzalanması üçün əmin olmalıdır ki, Qarabağa iddialardan imtina təkcə Ermənistan hakimiyyətinin yanaşması deyil, həm də bütövlükdə Ermənistan cəmiyyətinin mövqeyini əks etdirir.
Bunu Braziliyanın "Folha de S.Paulo" nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
Onun sözlərinə görə, sülh sazişinin mətni üzrə razılaşma mühüm mərhələni əhatə edir, lakin bu, hərtərəfli nizamlanma yolunda yalnız ilkin addımdır.
"Razıyam ki, sülh sazişinin mətni üzrə danışıqların başa çatması çox mühüm mərhələdir. Amma mahiyyət etibarı ilə o, (sülh prosesini nəzərdə tutur – red.) daha geniş məfhumdur. Deyərdim ki, bu, iki fəsildən ibarət kitab kimidir və bütün kitabı oxuduğunuzu demək üçün hər iki fəsli oxumaq lazımdır. Birinci fəsil başa çatıb, çünki Azərbaycanın hazırladığı və Ermənistana təklif etdiyi sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən çox vaxt sərf etdik. Bu nəticəyə nail olmaq üçün kifayət qədər siyasi iradə və çeviklik nümayiş etdirdik. Lakin hər şeyin artıq edildiyini və sadəcə imza qaldığını düşünmək düzgün olmazdı. Kitabın ikinci fəsli qalmaqda olan iki əsas maneəyə həsr olunub", - Prezidentin nümayəndəsi vurğulayıb.
Sülh sazişinin imzalanmasına əsas maneələrdən danışan Əmirbəyov Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının mövcudluğunu, o cümlədən ATƏT-in bir sıra lazımsız institutlarının (Minsk Qrupu) hələ də varlığını qorumasını bu baxımdan xüsusi vurğulayıb.
"Deyərdim ki, bu şərtləri yeni və ya süni adlandırmaq ədalətsizlik və qeyri-dürüstluk olardı. Çünki biz iki ildən artıqdır ki, buna nail olmağa çalışırıq. Hesab edirik ki, Ermənistan Konstitusiyasından sülh sazişinin mətninə və ruhuna zidd olan məqamları çıxarmaq lazımdır. Biz gələcəkdə kiməsə bu münaqişəyə qayıtmaq üçün nəzəri şans belə vermək istəmirik. Ermənistan səmimiyyətlə sülh sazişi bağlamaq istəyirsə, Konstitusiyasının bu hissəsini dəyişdirmək üçün lazım olan hər şeyi etməlidir", - o söyləyib.
Azərbaycan Prezidentinin nümayəndəsi xatırladıb ki, sülh sazişinin mətninin razılaşdırılmasına iki ildən artıq vaxt lazım olub.
"İndi o, bir kənarda qalır və biz gözləyirik. Top Ermənistandadır. Onlar bizi əmin etməlidirlər ki, Qarabağa olan iddialarından birdəfəlik imtina ediblər. Özü də təkcə hökumət deyil, bütünlükdə Ermənistan xalqı. Çünki bizim üçün bu sazişi təkcə baş nazir Nikol Paşinyan hökuməti ilə imzalamamaq vacibdir. Erməni xalqı Qarabağa iddialarından imtina etməyə hazır deyilsə, hansı sülhdən danışmaq olar?!", - Əmirbəyov sözlərinə əlavə edib.
///Report

Siyasi       Tarix: 12 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən yeni xəbərlər cəbhədən son xəbər xeber saytlari metbuat