Elçin Əmirbəyov 'Euro' jurnalına müsahibə verib

Elçin Əmirbəyov 'Euro' jurnalına müsahibə veribAzərbaycan ilə Çexiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamənin imzalandığı 2015-ci ildən etibarən ikitərəfli münasibətlər uğurla inkişaf edir.
azxeber.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Çex Respublikasına işgüzar səfəri çərçivəsində "Euro" (Financial Times) jurnalına müsahibəsində deyib.
Müsahibə zamanı Azərbaycan–Çexiya strateji tərəfdaşlığı, Orta Dəhlizin artan əhəmiyyəti və bu xüsusda Azərbaycanın Avropa ilə Asiya arasında vacib nəqliyyat qovşağına çevrilməsi, Azərbaycan-Ermənistan normallaşma prosesi, habelə regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
E.Əmirbəyov Çexiyanın idxal etdiyi xam neftin mühüm hissəsinin Azərbaycandan tədarük olunduğunu diqqətə çatdıraraq, iki ölkə arasında enerji əməkdaşlığının yalnız neft sektoru ilə məhdudlaşmadığını, təbii qaz, bərpaolunan enerji və digər istiqamətlərdə də əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu vurğulayıb.
Bununla yanaşı, Azərbaycan ilə Çexiya arasında müdafiə, sənaye, texnologiyalar və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün imkanların olduğu qeyd edilib.
Müsahibədə enerji təhlükəsizliyi məsələlərinə xüsusi yer ayrılıb. E.Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsinin son dövrlərin geosiyasi böhranları fonunda yaranmadığını, ölkəmizin hələ 2006-cı ildən etibarən Avropanın enerji təchizatında mühüm rol oynadığını qeyd edib. Bu xüsusda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, eləcə də 2020-ci ildə tamamlanmış Cənub Qaz Dəhlizinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, hazırda Azərbaycan 16 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa İttifaqına üzv dövlətlərdir. E.Əmirbəyov Azərbaycanın bazardakı dəyişkənlik və geosiyasi mürəkkəbliklərdən asılı olmayaraq, öhdəliklərinə sadiq, uzunmüddətli və etibarlı tərəfdaş kimi özünü təsdiq etdiyini diqqətə çatdırıb.
E.Əmirbəyov bildirib ki, Avropa hazırda həm şimalda, həm də cənubda mövcud qeyri-sabitlik fonunda əlavə enerji həcmləri axtarır. Azərbaycan isə bu tələbatın qarşılanmasına hazırdır. Bununla belə, xüsusilə təbii qaz tədarükünün artırılması üçün mövcud infrastrukturun, o cümlədən Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətinin genişləndirilməsinə ehtiyac duyulur. Bu xüsusda Avropa İttifaqının maliyyə institutları tərəfindən sərmayələrin və maliyyə dəstək mexanizmlərinin cəlb olunması vacibdir.
Hazırkı geosiyasi vəziyyət fonunda Orta Dəhlizin artan əhəmiyyətindən bəhs edən E.Əmirbəyov qeyd edib ki, Avropanın yeni bazarlara və təbii sərvətlərlə zəngin regionlara çıxışını təmin etmək baxımından Cənubi Qafqaz və Azərbaycan mühüm rol oynayır.
Müsahibədə Azərbaycan-Ermənistan sülh prosesi və regional bağlantıların bərpası məsələsinə də toxunulub. E.Əmirbəyov uzun illər ərzində münaqişə səbəbindən Azərbaycan ilə Ermənistan arasında birbaşa əlaqələrin mövcud olmadığını, regiondakı əsas marşrutların yalnız Gürcüstan və Türkiyə üzərindən keçdiyini qeyd edib. O bildirib ki, hazırda yaranmış yeni şəraitdə nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası sülhün möhkəmləndirilməsinə və Cənubi Qafqazın iqtisadi potensialının gücləndirilməsinə xidmət edə bilər. E.Əmirbəyov Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Gürcüstan marşrutuna əlavə olaraq yük daşımaları üçün daha qısa və sərfəli marşrutun formalaşacağını bildirib.
Bu kontekstdə Avropa İttifaqının infrastruktur layihələrinə mümkün dəstəyi məsələsinə də toxunulub. E.Əmirbəyov qeyd edib ki, söhbət əsasən münaqişədən əvvəl mövcud olmuş, lakin sonradan yararsız vəziyyətə düşmüş Naxçıvan ərazisindəki təxminən 174 kilometrlik dəmir yolunun bərpasından gedir. Bildirilib ki, sözügedən layihə üzrə artıq Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılmışdır. Avropa İttifaqının öz maliyyə resurslarını bu layihəyə cəlb etməsi təkcə nəqliyyat dəhlizlərinin inkişafına deyil, eyni zamanda regionda uzunmüddətli sülhün möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətinə dair sualı cavablandıran E.Əmirbəyov ötən ilin avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflandığını və tərəflərin hazırda de-fakto sülh şəraitində yaşadığını bildirib. O, ötən dövr ərzində bu istiqamətdə görülmüş etimad quruculuğu tədbirlərinə də diqqət çəkib, Ermənistana tranzit yük daşımalarına tətbiq olunan məhdudiyyətin aradan qaldırıldığını, yanacağın tədarük edildiyini və iki ölkənin vətəndaş cəmiyyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirildiyini qeyd edib.
E.Əmirbəyov Ermənistanın daxili siyasi proseslərinin də sülh gündəliyi baxımından mühüm əhəmiyyət daşıdığını nəzərə çatdırıb. O, Ermənistanda keçiriləcək parlament seçkilərinin və yeni konstitusiya üzrə referendumun nəticələrinin iki ölkə arasında sülh sazişinin imzalanması baxımından həlledici rol oynaya biləcəyini vurğulayıb. Bildirilib ki, Ermənistanın yeni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi yozula biləcək hər hansı müddəanın yer almaması sülh sazişinin imzalanması və uzunmüddətli sabitliyin təmin edilməsi baxımından prinsipial əhəmiyyət kəsb edir.
Müsahibə zamanı regional təhlükəsizlik məsələlərinə də toxunulub. E.Əmirbəyov Azərbaycanın Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini, münaqişələrin beynəlxalq hüquq və diplomatik vasitələrlə həllinin vacibliyini qeyd edib. İran ətrafında gərginliyə münasibət bildirən E.Əmirbəyov bu vəziyyətin bütün region üçün ciddi narahatlıq doğurduğunu, qeyri-sabitliyin yayılmasının təhlükəsizlik, iqtisadi layihələr, enerji və bağlantı təşəbbüsləri üçün risklər yarada biləcəyini vurğulayıb.
Qeyd edək ki, E. Əmirbəyov aprelin 14-də "CNN Prima News"a da müsahibə verib.

Siyasi       Tarix: 21 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər azərbaycanda son xabarlar cəbhədən son xeber cəbhədən ən son xəbər