Elçin Əmirbəyov İsveçrə qəzetinə müsahibəsində Ermənistanın təxribatlarından danışıb

Elçin Əmirbəyov İsveçrə qəzetinə müsahibəsində Ermənistanın təxribatlarından danışıbElçin Əmirbəyov İsveçrə qəzetinə müsahibəsində Ermənistanın təxribatlarından danışıb
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İsveçrənin "La Liberte" qəzetinə müsahibə verib.
"La Liberte" qəzetinin 8 oktyabr tarixli nömrəsində dərc edilmiş məqalədə Elçin Əmirbəyov Ermənistanın baş naziri Nikol Paşinyanın təxribatlar törətdiyini vurğulayır. 
Bildirir ki, Azərbaycan ərazisindəki mülki əhali və infrastruktur Ermənistan ərazisindən hər gün hədəfə alınır, bununla da Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozur və müharibə cinayətləri törədir. N.Paşinyanın bu təxribatlarının məqsədi isə Rusiyanı bu münaqişəyə cəlb etməkdir.
Daha sonra qəzet E.Əmirbəyova istinadla yazır ki, Azərbaycan Türkiyənin hərbi yardımını almır və buna ehtiyacı da yoxdur. Təxminən son 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik fəaliyyətini həyata keçiriblər, lakin əfsuslar olsun ki, bu günədək bu münaqişə həll edilməyib. Buna görə də vasitəçi olan həmsədr ölkələr də məsuliyyət daşıyır. Belə ki, 1990-cı illərin əvvəllərindən başlayaraq vasitəçi olan həmsədr ölkələrin Ermənistana təzyiq göstərməməsi Ermənistanda cəzasızlıq hissi yaradıb.
Birinci vitse-prezidentin köməkçisinin fikrincə, atəşkəs özü-özlüyündə münaqişənin həlli demək deyil, münaqişə köklü şəkildə həll edilmədən atəşkəs çox davam edə bilməz. Azərbaycan israr edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrə əsasən erməni hərbi qüvvələri ölkəmizin işğal olunmuş bütün ərazilərdən çıxarılmalıdır. Azərbaycan oradakı yerli erməni mülki əhalini öz vətəndaşları hesab edir və onların təhlükəsizliyini təmin etməyə hazırdır.
Daha sonra E.Əmirbəyov bildirir ki, münaqişənin mürəkkəbliyini nəzərə alaraq deyilən məsələlər iki gün ərzində həll edilə bilməz. Bunlar üçün müəyyən vaxt və mərhələli yanaşma tələb edilir. Bununla əlaqədar ATƏT-in Minsk qrupunun bir neçə təklifi Yerevan tərəfindən rədd edilib. Hər dəfə danışıqlarda müəyyən irəliləyiş hiss ediləndə, Ermənistan yeni bir bəhanə ilə substantiv danışıqlardan boyun qaçırır.
E.Əmirbəyovun fikrincə, N.Paşinyanın danışıqları pozmasından sonra onun məsuliyyətli danışıqlar tərəfdaşı olması suallar doğurur və bu amil ciddi maneədir. Bakı danışıqlara qayıda bilər, lakin biz əmin olmalıyıq ki, Ermənistan işğaldan əl çəkib öz qoşunlarını ərazilərimizdən qeyd-şərtsiz çıxarmalıdır. /oxu.az

Siyasi       Tarix: 08 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"

Harri Kasparov Rusiyanın hakimiyyət orqanlarının ABŞ-da onun öldürülməsinə hazırlıq görməsi barədə xəbəri "şok" kimi qiymətləndirib. xəbər verir ki, siyasətçinin sözlərinə görə, onun və "Azad Rusiya Forumu"nu

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 krimnal bugun şou biznes xəbərləri xabar az