Elçin Xəlilov: "Azərbaycan Ordusunda kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb

Elçin Xəlilov: "Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsi və sonrakı uğurlu əməliyyatlar onu göstərir ki, Azərbaycan Ordusunda şəxsi heyətin kadr potensialının proqnozlaşdırılması və planlaşdırılması düzgün aparılıb".
azxeber.com xəbər verir ki, bunu Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov deyib.
O vurğulayıb ki, nəticədə bütün əməliyyatlar zamanı uğur əldə edilib: "Bu da təyinatların qanunauyğun şəkildə aparıldığının göstəricisidir. Bütün bunlarla yanaşı, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin yüksək olmasının qazanılan qələbələrə mühüm töhfə olduğunu xüsusilə qeyd etmək lazımdır. Bu da şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılması, hərbi intizamın möhkəmləndirilməsi, asudə vaxtın səmərəli təşkili və mədəni-kütləvi tədbirlərin keçirilməsi istiqamətində görülən sistemli işlərin və bu işlərə məsul şəxslərin öz xidmətlərinə məsuliyyətlə yanaşmasının, eləcə də onların peşəkarlığının nəticəsidir".
General-mayor Elçin Xəlilov əlavə edib ki, kadr planlaşdırmasında, bir qayda olaraq, keyfiyyət və kəmiyyət metodları tətbiq olunur: "Azərbaycan Ordusunda kadrlara olan keyfiyyət göstəriciləri üzrə tələbat rütbə kateqoriyaları, hərbi uçot ixtisasları üzrə personala qoyulan tələblər nəzərə alınmaqla təşkilati-ştat strukturu əsasında müəyyən olunur. Keyfiyyət baxımından planlaşdırılma zamanı ekspert qiymətləndirmə, qrup şəklində qiymətləndirmə, modelləşdirmə metodlarının tətbiqi imkanları mövcuddur".
"Kadrlara olan tələbatın kəmiyyət göstəricisi (tələb olunan kadrların sayı) mövcud dövrdə olan ştat sayı ilə faktiki komplektləşmə sayının müqayisəsi əsasında müəyyən edilir. Kəmiyyət planlaşdırılmasında (saya görə planlaşdırma) isə əsasən balans metodundan istifadə edilir. Balans metodu təşkilatın malik olduğu və planlaşdırma dövründə tələbatın qarşılıqlı uzlaşdırılmasına əsaslanır. Bu zaman plan mövcud resurslar (resurs mənbələri) və həmin resursların paylanmasının əks olunduğu ikitərəfli cədvəl şəklində qurulur. Bu metod Azərbaycan Ordusunda xüsusi təyinatlı təhsil müəssisələrinin məzunlarının vəzifələrə təyinatı, zabit heyətinin rotasiyası, həmçinin kadr ehtiyatından istifadə (səfərbərlik planı) zamanı müvəffəqiyyətlə tətbiq oluna bilər", - o vurğulayıb.

Siyasi       Tarix: 14 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan cəbhədən son görüntülər ən son xeberler cəbhədən şad xəbər