Eldar Həsənovu məhkəməyə xərəkdə gətirib-apardılar (FOTO)
Bu gün Ağır Cinayətlər Məhkəməsində atam Eldar Həsənovun səhhətində ciddi problem yarandığına görə məhkəmə bir saat gec başlayıb.
Bu haqda onun qızı Səbinə Hüseynova məlumat verib.
"Onun hər iki qolundan tutaraq sürüyə-sürüyə zala gətirdilər. Şahid ifadələri dinlənilməliydi, amma... Atamın vəziyyəti daha da ağırlaşdı və yenə də onu xərəkdə təcridxanaya qaytardılar. Yüksək təzyiq, yüksək şəkər, baş gicəllənməsi...".
Səbinə Hüseynova bildirib ki, atasının müayinə sənədlərini Türkiyədə onu müalicə etmiş həkimlərə göstərib:
"Deyirlər ki, belə bir xəstəni nəinki həbsxanada saxlamaq, ümumiyyətlə, təkbaşına bir addım atmasına belə imkan vermək olmaz. Təcili xəstəxanaya yerləşdirilməli, müalicə və cərrahi əməliyyat olunmalıdır".
2020-ci il avqustun 13-də tutulan keçmiş səfir Eldar Həsənova Cinayət Məcəlləsinin 5 maddəsi ilə ittiham irəli sürülüb. İstintaqı aparan Baş Prokurorluğun bildirdiyinə görə, onun Rumıniya, Serbiya, Bosniya və Herseqovina, Monteneqroda səfir kimi fəaliyyət göstərdiyi 2010-2020-ci illərdə maliyyə pozuntularına yol verilib, dövlətə külli miqdarda ziyan vurulub.
Həbs olunduğu gündən Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanan Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsində 2021-ci il sentyabrın 3-dən mühakimə olunur.

Turlar.az [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı