Eldar Həsənovun xəstələnməsinin və DTX-nın təcridxanasını seçməsinin səbəbi...

Eldar Həsənovun xəstələnməsinin və DTX-nın təcridxanasını seçməsinin səbəbi...Azərbaycanın keçmiş baş prokuroru, sabiq səfir Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında qalmaq istəyir.
Bu barədə onun vəkili Adil İsmayılov özünün "Facebook" hesabında status paylaşıb.
"Xəbər vermişdim ki, Xarici İşlər Nazirliyinin əməkdaşları barəsində DTX istintaq idarəsində istintaq edilən cinayət işindən Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun barəsində CM-in 308.2 (vəzifə səlahiyyətlərində sui-istifadə etmə) və 308-1.1-ci (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddələri ilə cinayət işi ayrılaraq aidiyyəti üzrə Azərbaycan respublikası Baş prokurorluğuna göndərilib və hazırda istintaq orada davam etdirilir. Eldar Həsənovun şəxsi xahişi nəzərə alınaraq o, DTX-nın istintaq təcridxanasında saxlanılır. Saxlama şəraiti və ona göstərilən münasibətlə bağlı Həsənovun heç bir narazılığı yoxdur. O, son illər ərzində, xüsusən də son iki ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkib və daim həkim nəzarətində olub. Təcrid olunmuş vəziyyətdə saxlanılması onun səhhətinə çox ciddi mənfi təsir edir. Gündəlik çox sayda, müxtəlif adlarda dərman preparatları qəbul edir. Şəxsi həyata hörmət və fərdi məlumatların mühafizəsi hüququna riayət edərək xəstəliklərlə bağlı məlumatları şərh etmək istəməzdim. Amma açıq-aşkar görünən budur ki, Eldar Həsənovun səhhəti heç də yaxşı deyil və istənilən an kritik durum yarana bilər", - A.İsmayılov bildirib.
Xatırladaq ki, Eldar Həsənov adıçəkilən qurumun təcridxanasını Penitensiar Xidmətin nəzarətində olan təcridxanaya dəyişmək istəməyən ilk vəzifəli deyil. 15 il əvvəl həyata keçirilən "Qara Kəmər" əməliyyatı zamanı həbs edilən Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili Hacı Məmmədov da öz istəyi ilə uzun illər həmin təcridxanada saxlanıldı. Həmin illər ərzində Hacı Məmmədovun öz şəxsi istəyi ilə orada qaldığı açıqlanmışdı, hətta məhkəməsindən sonra da uzun illər ərzində onu Qobustan Qapalı Həbsxanasına köçürmədilər...
Eldar Həsənovun saxlanma yeri kimi DTX istintaq təcridxanasını seçməsi məlumatında digər diqqətçəkən məqam onun son 2 ildə bir sıra ağır xəstəliklərdən əziyyət çəkməsi və daim həkim nəzarətində olması ilə əlaqədardır. Sabiq səfir bu mənada da işdən çıxarılan, həbsə alınan digər Azərbaycan məmurlarından fərqlənmir.
Məsələn, 2005-ci ilin oktyabrında vəzifədən azad olunaraq həbsə göndərilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin ağır xəstə olduğu haqda xəbərlər yayılmışdı. Həbsdən azad edildikdən sonra yayılan xəbərləri nə təsdiq, nə də təkzib etməyən F.Əliyev yalnız xaricdə müalicə olunacağı ilə bağlı açıqlama verməklə kifayətlənib.
2017-ci ilin dekabr ayında vəzifədən azad olunandan sonra xəbər yayıldı ki, sabiq vergilər naziri Fazil Məmmədov çoxsaylı xəstəliklərdən əziyyət çəkir. Əsasən kəskin pankreatit (mədəaltı vəzi xəstəliyi) xəstəliyindən əziyyət çəkdiyi açıqlanmışdı.
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmov isə vəzifəsindən çıxarılandan sonra onun psixoloji böhran keçirdiyi iddia olunurdu. Sonradan bəlli olmuşdu ki, sabiq rektor kəskin hipertoniya (qan təzyiqinin kəskin artması) diaqnozu ilə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Rəsmi açıqlamada isə bildirilib ki, keçmiş rektor ürək çatışmazlığından əziyyət çəkir. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun da vəzifədən azad edilikdən sonra səhhətində problemlər yaranmışdı.
Sadəcə bildirilib ki, A.Bəşirov Mərkəzi Neftçilər Xəstəxanada müalicə olunur.
Müxtəlif qalmaqalları ilə mətbuatın gündəmindən düşməyən Bakı Lift-Təmir İstehsalat Birliyinin sabiq rəisi Qüdrət Şükürovun vəzifədən azad edildikdən sonra səhhətində ciddi problemlər yarandığı və xəstəxanaya yerləşdirilməsi xəbəri vardı. Keçmiş məmurun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə dəqiq məlumat verilmirdi.
Həbsə alınandan sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun da səhhətinin qaydasında olmadığı xəbərləri yayılırdı. Sabiq aparat rəhbərinin bir müddət Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə olunduğu iddia olunurdu. Onun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə dəqiq xəbər yox idi.
Azərbaycanlı məmurların vəzifədən çıxarılandan və ya həbsə alınandan sonra ağır xəstəliklərdən əziyyət çəkmələrinin üzə çıxması da bir başqa mövzudur...(Yeni Müsavat) /open.az

Hadisə       Tarix: 03 sentyabr 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU

Bakıda qadına cinsi zorakılıq edib pulunu ələ keçirən şəxs saxlanılıb. -a istinadən xəbər verir ki, Yasamal rayon sakini G.H. polisə müraciət edərək Araz Ayaz oğlu Babayevin ona qarşı cinsi zorakılıq etdiyini, daha sonr

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi

Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan vətəndaşlarının da olduğu gəminin vurulması zamanı azərbaycanlıların hamısı xilas edilib. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsini

Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı

Biləsuvar rayonunda əlverişsiz hava şəraiti elektrik enerjisinin verilişində fasiləyə səbəb olub. xəbər verir ki, ildırım elektrik dayağının izolyatorunu vurub. Nəticədə elektrik təchizatında yaranan problem səbəbindən rayonu

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Xəbər verdiyimiz kimi, iki gün öncə Prezidentin Xankəndi və Ağdərə rayonu üzrə xüsusi nümayəndəsi Elçin Yusubov vəzifəsindən kənarlaşdırılıb. Unikal-a istinadən xəbər verir ki, 6 ay əvvəldən başlayaraq Maliyyə Nazirliyi sözügedə

İsveçrədə azərbaycanlı gənc faciəvi şəkildə öldü

İsveçrədə azərbaycanlı gənc bədbəxt hadisə nəticəsində ölüb. KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bern şəhərində baş verib. 1984-cü il təvəllüdlü Məhəmməd Aslanov hamamda elektrik cərəyanı vurması nəticəsind

Azərbaycan vətəndaşlarının da olduğu gəmi batdı: ölən var – Təfərrüat

"Qəmər adalarının bayrağı altında üzən və batmaq təhlükəsi ilə üzləşən "Nava Khoryv" kiçik neft tankerinin kapitanı müvafiq qaydada yardım istəyib. İddiaya görə, saat 10:00-da o, Rumıniya hakimiyyət orqanların

"Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı

Bakıda hosteldə gecələyən şəxsin mobil telefonunu, qol saatını və pulunu oğurlamaqda ittiham olunan şəxs barəsində məhkəmə hökm çıxarıb. Təqsirləndirilən şəxs zərərçəkmiş yatdığı vaxt onun əşyalarını götürərək hosteli tər


yeni xeberler azerbaycan xeberleri son xeberler krminal bu gun sonxabar en son xeberleri xabar az