Elektrik benzinə qalib gələ bilmir - Minimum 10 il vaxta ehtiyac var

Elektrik benzinə qalib gələ bilmir - Minimum 10 il vaxta ehtiyac varSon vaxtlar dünyada, o cümlədən Azərbaycanda hibrid və elektriklə işləyən avtomobillərin sayı artır. Məntiqlə bu, ölkədə yanacaq sərfiyyatını azaltmalıdır. Amma hələlik bunu müşahidə edə bilmirik. Cari ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 2 780,2 milyon manat xərclənib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünün göstəricisini 6,5 faiz üstələyir. Xatırladaq ki, ötən il Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 063,4 milyon manat xərclənib, bu da illik müqayisədə 8,1 faiz artım deməkdir. Bəs nə zaman bu sahədə keçirilən islahatların nəticəsini az da olsa, müşahidə edə biləcəyik? Əgər yanacaqdan istifadə azalarsa, yanacaqdoldurma məntəqələrini hansı aqibət gözləyir?
KONKRET.az mövzu ilə bağlı "Kaspi" qəzetinin hazırladığı məqaləni sizə təqdim edir:
Yaxın beş ildə vəziyyət dəyişməyəcək
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının icraçı direktoru Eyyub Əliyevin sözlərinə görə, hazırda ölkədə yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür: "Nəzərə almalıyıq ki, bizim avtoparkımızdakı maşınların 85 faizdən çoxunun yaşı 10 ildən yuxarıdır, yəni köhnə avtomobillərdir. Düzdür, bu sahədə güclü islahatlar həyata keçirilir. Elektrik və hibrid avtomobillərə güzəştlərlə yanaşı, təbliğ və təşviq də gündəmdədir. Həmçinin taksi parklarımız da yenilənir. Köhnə avtomobillər də utilizasiya prosesinə cəlb olunur".
E.Əliyevin fikrincə, hər kəs yeni və müasir avtomobil ala bilmir. Bu zaman daxili yanma mühərrikli avtomobillərə maraq artır. Belə olduqda yalnız avtomobil parkımız yenilənir, amma yanacağa olan tələbat dəyişməz olaraq qalır: "Nəzərə alaq ki, gənc nəsildən hamı hələlik elektrikli avtomobil almır. Yaşlı nəslin əksəriyyəti də daxili yanma mühərrikli avtomobillərə öyrəşib. Onların birdən-birə elektrikli avtomobil sürməyə başlaması bir az çətindir. Utilizasiyaya gedən avtomobilə görə verilən pulla elektrikli avtomobil almaq da mümkün deyil. Belə olduqda insanlar məcbur qalıb ucuz və yerli istehsal benzinlə işləyən avtomobilə yönəlirlər. Bu amilləri göz önünə alsaq, dizel və benzinin yaxın beş ildə aktuallığını itirəcəyini görməyəcəyik. Bu illər ərzində həm elektrik, həm də ənənəvi yanacağa tələbat qalacaq".
Alıcılar hələ də risk etmək istəmirlər
İqtisadçı Emin Qəribli isə düşünür ki, benzin və dizel yanacağına tələbatın artması olduqca normaldır: "Çünki əhalinin sayı da artır. Belə olduqda avtomobillər də çoxalır. Nəzərə almalıyıq ki, köhnə avtomobillər ölkəmizdə yetəri qədər çoxdur. Onlar köhnəldikcə yanacağa olan tələbatları da xeyli yüksəlir. Üstəlik ölkəmizə gələn avtomobillərin hamısı da hibrid və elektrikli deyil. Böyük həcmdə dizel və benzinlə işləyən avtomobillərə də maraq hələ qalır".
E.Qəribli bildirdi ki, elektrikli maşınların bəzi çatışmayan cəhətləri onlara olan tələbata da təsir edir: "Lakin ölkəmizdə bunun azalması üçün də işlər görülür. Məsələn, elektrikli avtomobillərin idxalı zamanı rüsum alınmır, vergidən azaddırlar. Bu amillər elektriklə işləyən maşınların artmasına təsir edir. Düşünürəm ki, son illər gözlə görülən artım var. Amma insanların bəziləri hələ də elektrikli avtomobilləri almağa risk etmir. Bunun da səbəbləri var. Çünki elektrikli avtomobillər qışda 300-400 km və hətta ondan da az məsafələri qət edə bilir. Rayonlara maşın sürmək istəyən insanlar ona görə elektrikli avtomobillərə keçmir. Amma şəhər içində sürmək üçün əlverişlidir".
"Minimum on il vaxt verməyə ehtiyac var"
İqtisadçının fikrincə, icra edilən işlər nəticəsində bu sahədəki yenilikləri və artımları daha çox görəcəyik: "Bir il ərzində elektrik enerjisi ilə işləyən maşınların idxalı 70 faizə qədər artıb. Amma əvvəlki illərdə bu daha az idi. Elektriklə işləyən avtobuslar gətirilir. Enerji doldurma məntəqələrinin sayındakı artımı vurğulamaq lazımdır. Məntəqələrin artırılması üçün işlər görülür. Müəyyən güzəştlər tətbiq edilir ki, şərait yaradılsın, avadanlıq qurulsun. Zənnimcə, yaxın zamanda onların da sayında xeyli artım görəcəyik".
Müsahibimiz düşünür ki, elektriklə işləyən maşınların sayı artdıqca yanacaqdoldurma məntəqələri də yavaş-yavaş işıq enerjisinə keçid edəcək: "Amma bunun tez olacağını düşünmürəm. Dərhal bütün maşınlar elektriklə işləyə bilməz. Elektrik doldurma məntəqələrinə keçid elə də asan proses deyil. Nəzərə almalıyıq ki, bir maşın saatlarla enerji doldurmalıdır. Sürətli yığım üçün aparatlar var. Lakin onlar da çox enerji istifadə edir. Bütün avadanlıqlar o gücə uyğun olmalıdır. O səbəbdən, bu məsələlərin tez bir zamanda həll edilməsi asan deyil. Minimum 10 il vaxta ehtiyac var. Bu müddətdə yəqin ki, yeni texnologiyalar da tətbiq olunacaq".
KONKRET.az

Sosial       Tarix: 16 dekabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

Paytaxtın Sabunçu, Surraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. "Təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqəda

Ağdamda qoşulub qaçan məktəbli qız ailəsinə QAYTARILDI

Ağdam rayon sakini iyunun 9-da polisə müraciət edərək yetkinlik yaşına çatmayan qız övladının itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin regional qrupundan -a bildirilib ki, onu

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, iyunun 12-13-də Bakıda və Abşeron yarımadasında, 12-16-da isə bəzi bölgələrdə gözlənilən küləkli hav

Şəhid anası vəfat etdi - Foto

Gəncədə Şəhid Ceyhun İsmayılovun anası vəfat edib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 66 yaşlı Türanə Bayramova bir müddət öncə səhətində yaranan problemlə bağlı həyatını itirib. Mərhum İmamzadə qəbristanlığınd

Alman memarlıq irsi Göygöldə - FOTOLAR

Göygöl şəhərində yerləşən Müqəddəs İohan lüteran alman kilsəsində Rayon İcra Hakimiyyətinin dəstəyi və Alman-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Azərbaycand

Tovuzda avtomobil aşdı: Vətən müharibəsi iştirakçısı həyatını itirdi

Tovuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Teleqraf"a istinadən xəbər verir ki, hadisə Böyük Qışlaq-Qaralar avtomobil yolunda olub. Belə ki, "Lada" markalı avtomobilin aşması nəticəsind

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır

Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi

İyunun 8-də Qazaxıstan Respublikasının Türküstan şəhərində Türk Akademiyası Elmi Şurasının 8-ci iclası keçirilib. xəbər verir ki, iclasda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin elm və təhsil sahəsinə məsu

Benzin və dizel satışına məhdudiyyət: Azərbaycan üçün hansı risk var?

Rusiyanın paytaxtı Moskvada benzin və dizel yanacağının satışına limit qoyulması yanacaq bazarında mümkün problemlərlə bağlı narahatlıqları artırıb. Müharibə şəraitinin təsirləri fonunda tətbiq edilən bu məhdudiyyətlər regio


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler bugun valyuta mezennesi banklar butun xeberler şou biznes xəbərləri