Elgiz onu təhqir edən əməkdar artistdən danışıb ağladı - VİDEO
Aparıcı Elgiz Əkbər maraqlı açıqlaması ilə gündəmə gəlib.
Azxeber.com BAKU.WS-a istinadən xəbər verir ki, "Onun sirri" verilişinə qatılan aparıcı, bir zamanlar onu təhqir edən Əməkdar artist danışıb:
"Bizim onunla aramızda çox yaş fərqi var. Heç bir səbəb olmadan bu adam qəzetlərdən birinə müsahibə verib və məni təhqir edib. Qonşumuzda Ruqəyya adında qız var idi. Bir gün atamla anam evdə olanda bizə gəlib deyir ki "Qəzetdə bir əməkdar artistin müsahibəsi var, o, sizin oğlunuz haqda xoşagəlməyən sözlər söyləyib". Sonra qəzeti anamgilə verib, onlar da atamla bir yerdə oturub qəzetdə haqqımda yazılanları oxuyublar...
Atamın halı pisləşib. Təzyiqi qalxıb. Daha sonra bir tanışı vasitəsilə həmin əməkdar artisti tapmağa çalışıb. Həmin adam mənim haqqımda deyib ki "Elə eybəcər efirdə ola bilməz". Həmin adamın oğlu dünyasını dəyişib. Onu yaxşı tanıyırdım mən. Atamın adından cavab müsahibəsi hazırlatmaq istədim, amma etmədim. Bu illər əvvəl olan bir hadisə olsa da, hələ də mənim qəlbimdə bir yaradır".
Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Elxan Qasımov müsahibə verərək, aparıcı Elgiz Əkbəri təhqir edib.

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq