Əli Əsədov Mqer Qriqoryanı susdurdu - VİDEO

Əli Əsədov Mqer Qriqoryanı susdurdu - VİDEONoyabrın 12-də Müstəqil Dövlət Birliyi (MDB) Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda iştirak və gündəliklə bağlı çıxış edib. 
Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan videokonfransda çıxışı zamanı Azərbaycan Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli Bəyanatların müddəalarının, o cümlədən hərbi əsirlər ilə bağlı bəndin Azərbaycan tərəfindən pozulması, hərbi əməliyyatların gedişi zamanı baş vermiş dağıntılar, kommunikasiyaların açılması ilə bağlı Azərbaycanın mövqeyinə dair əsassız və məntiqsiz ittihamlar irəli sürüb.
Baş nazir Əli Əsədov  əlavə çıxış edib və Ermənistan nümayəndəsinə cavab verərək deyib: "Hörmətli hökumət başçıları, iclasda Ermənistan təmsilçisi tərəfindən səsləndirilən bəzi fikirlərə aydınlıq gətirmək və  deyilənlərlə bağlı mövqeyimizi ifadə etmək istərdim. 44 günlük müharibə başa çatıb, Azərbaycan 30 il ərzində işğal altında olan torpaqlarını azad edib. 9-10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin birgə bəyanatı imzalanıb. Biz tam şəkildə 9-10 noyabr Bəyanatına sadiqik və onun bütün maddələrini icra edəcəyik. 
Moskvada 11 yanvar 2021-ci ildə qəbul edilmiş Bəyanatın bütün nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu maddəsinə gəldikdə isə, Rusiyanın hökumət başçısının müavini, Azərbaycan Baş nazirinin və burada iştirak edən Ermənistan Baş nazirinin müavininin həmsədrliyi ilə yaradılmış işçi qrupu çərçivəsində nəqliyyat kommunikasiyalarının açılması məsələləri müzakirə edilir. Odur ki, "Azərbaycan nəqliyyat məsələlərinin həllində güc tətbiqi və hədədən  istifadə edir" fikrini şərhsiz qoyardım. Bu məsələlər üçtərəfli işçi qrup çərçivəsindədir və təkcə Azərbaycanın deyil, eyni zamanda bir müddət əvvəl regionun digər təmsilçilərinin qeyd etdiyi kimi hamının marağına cavab verir. 
Burada hərbi əsirlərlə bağlı məsələlərə toxunuldu.10 noyabr bəyanatının 8-ci bəndi hərbi əsirlərin təhvil verilməsini nəzərdə tutur. Azərbaycan bu bəndi tam şəkildə icra edib. Bununla bağlı qeyd etmək istərdim ki, Rusiya Xarici İşlər Nazirliyinin 9 noyabr 2021-ci il tarixli bəyanatında qeyd edilir ki,  2 dekabr 2020-ci ilə qədər Rusiya Sülhməramlılarının iştirakı ilə 122 hərbi qulluqçu və saxlanılan şəxs öz ölkəsinə qaytarılıb. Onlardan 105 nəfəri Ermənistana, 17 nəfər isə Azərbaycana qaytarılıb. 
Bununla yanaşı bəyanat imzalanandan və atəşkəsə dair saziş qüvvəyə mindikdən bir müddət sonra, 13-14 dekabr tarixlərində 62 nəfərdən ibarət silahlı şəxs Azərbaycan ərazisində saxlanılıb. Onlar bütün beynəlxalq normalara əsasən hərbi əsir sayılmırlar və bizim ölkəmizin ərazisinə diversiya məqsədi ilə daxil olmuşdular. Bu səbəbdən hərbi əsir statusu onlara şamil edilmir. Ancaq, buna baxmayaraq, Azərbaycan xoş məram nümayiş etdirərək onlardan 29 nəfərini Ermənistana qaytarıb. Qalan 33 nəfər Azərbaycan məhkəmələri tərəfindən məhkum edilib və onlar cəzalarını çəkəcəklər.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm: cari ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında Azərbaycan bəyan etdi ki, onun ərazisində "Dağlıq Qarabağ" adlanan ərazi vahidi  yoxdur. Azərbaycanda "Qarabağ" və "Şərqi Zəngəzur" iqtisadi rayonları var".

Siyasi       Tarix: 12 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər en sonxeber ən son xəbər en son xeber