Əli Əsədov yeni komissiyanın tərkibini təsdiqlədi - SİYAHI

Əli Əsədov yeni komissiyanın tərkibini təsdiqlədi - SİYAHIƏli Əsədov yeni komissiyanın tərkibini təsdiqlədi - SİYAHI
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"ə uyğun olaraq, "2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası"nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi, habelə uyğun siyasət və islahat istiqamətlərinin müəyyən edilməsi məqsədilə yaradılan komissiyanın tərkibi məlum olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, Baş nazir Əli Əsədov bununla bağlı Sərəncam imzalayıb.
Komissiyanın sədri Azərbaycanın Baş naziri Əli Əsədov, müavini isə iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
Komissiyanın tərkibinə həmçinin Azərbaycanın maliyyə, əmək və əhalinin sosial müdafiəsi, energetika, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, ekologiya və təbii sərvətlər, ədliyyə, təhsil, səhiyyə, gənclər və idman, mədəniyyət nazirləri, eyni zamanda Nazirlər Kabineti Aparatının rəhbəri, Dövlət Neft Fondunun icraçı direktoru, Mərkəzi Bankın, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyinin sədrrləri və Baş nazirin köməkçisi daxildir.
Müəyyən edilib ki, komissiya "2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın (bundan sonra – Strategiya) layihəsinin hazırlanması və həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirir.
İqtisadiyyat Nazirliyi Strategiyanın layihəsini komissiyada təmsil olunan və digər aidiyyəti qurumlarla birlikdə 7 ay müddətində hazırlayıb komissiyaya təqdim olunmasını təmin etməli, 15 gün müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb komissiyaya təqdim etməli (Strategiyanın hazırlanması üçün komissiyada təmsil olunan qurumların nümayəndələrindən ibarət alt işçi qrupların formalaşdırılması, qəbul ediləcək dövlət proqramlarının, digər sənəd və tədbirlərin ümumi siyahısı), Strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumların), elmi təşkilatların, mütəxəssis və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması və səmərəli əməkdaşlığın həyata keçirilməsini təmin etməli, görülən işlərə dair rübdə bir dəfədən az olmayaraq komissiyanın sədrinə hesabat təqdim etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinə tapşırılıb ki, Strategiyadan irəli gələn məsələlərin Azərbaycan Respublikasının İqtisadi Şurasında mərhələlərlə müzakirə olunması üçün iş planında nəzərə alsın və Şuranın fəaliyyəti ilə əlaqələndirilməsi istiqamətində zəruri işlər görsün.
Komissiyada təmsil olunan və digər aidiyyəti dövlət orqanları (qurumları) bu sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə İqtisadiyyat Nazirliyinə lazımi məlumatların təqdim olunması və Strategiyanın aidiyyəti bölmələrinin hazırlanmasının təmin edilməsi üçün müvafiq tədbirlər görməlidirlər.
Sərəncam imzalandığı gündən qüvvəyə minir. /oxu.az

Siyasi       Tarix: 03 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo


yeni xeberler azerbaycan xeberleri son xeberler dunya xeberleri son xeberler az son.xeberler cebheden xeberler