Əli Əsədov: Zəngəzur dəhlizinin açılması Orta dəhlizin inkişafına təkan verəcək
Azərbaycanın Baş naziri Əli Əsədov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Liu Ciançaonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çinin Sədri Si Cinpinin siyasi iradəsi və birgə səyləri sayəsində iki ölkə arasında əlaqələrin yüksək inkişaf dinamikası nümayiş etdirməsindən məmnunluq ifadə olunub.
Ötən il dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul edilməsinin dövlətlərarası münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırdığı bildirilib.
Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, bu əməkdaşlığın iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə Azərbaycan-Çin qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində duran aktual məsələlər və bir sıra konkret istiqamətlər üzrə perspektivli layihələr nəzərdən keçirildi, həmçinin ticarət-iqtisadi, investisiya, yaşıl enerji, nəqliyyat-logistika, rəqəmsal inkişaf və innovativ texnologiyalar, mədəni-humanitar, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Söhbət zamanı Baş nazir tərəfindən Orta dəhlizin bütövlükdə Avrasiya, o cümlədən Cənubi Qafqaz ölkələri üçün əhəmiyyəti qeyd edilib, Zəngəzur dəhlizinin açılmasının Orta dəhlizin inkişafına təkan verəcəyi vurğulanıb.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir