Əli Əsədovun əleyhinə səs verən deputat kimdir? - Vasif Talıbov müəmması
Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin iclasında Əli Əsədovun baş nazir təyin edilməsi məsələsi müzakirə olunub. Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.
KONKRET.az xəbər verir ki, deputatlar onun yenidən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasına razılıq verib.
68 yaşlı Əli Əsədov ixtisasca iqtisadçıdır. O, baş nazir təyin edilənədək deputat, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olub. 2019-cu ilin oktyabr ayında baş nazir təyin edilib.
Azərbaycanda Baş nazir Milli Məclisin razılığı əsasında Prezidentin sərəncamı ilə təyin edilir. Milli Məclisin bu gün keçirilən iclasında deputatlardan biri onun baş nazir təyin edilməsinə razılıq verilməsinin əleyhinə səs verib, bir nəfər isə bitərəf qalıb. Səsvermə gizli keçirildiyi üçün əleyhinə səs verən və bitərəf qalan deputatların kim olduğu məlum deyil.
Qeyd edək ki, 2019-cu ildə Əli Əsədovun baş nazir təyin edilməsinə razılıq verilməsi barədə Milli Məclisin iclasında onun namizədliyini 105 deputat dəstəkləyib. Əleyhinə səs verən və bitərəf qalan deputat olmayıb.
Yeri gəlmişkən, uzun müddətdir Milli Məclisin iclaslarında iştirak etməyən Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov baş nazirin təyinatı ilə bağlı müzakirələrdə iştirak etməyib. Onun bir neçə gün əvvəl Prezident İlham Əliyevin Milli Məclisdə keçirilən andiçmə mərasiminə də qatılmadığı bildirilir.Modern.az

Sahibə Qafarova Qazaxıstana səfər edib
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi