Əli Həsənov ittihamlara cavab verdi: 'Şahbaz Quliyev adlı adam

Əli Həsənov ittihamlara cavab verdi: 'Şahbaz Quliyev adlı adam"Mən Xural TV-yə baxmıram, o, adamla da əlaqədar heç bir şey demirəm".
azxeber.com xəbər verir ki, bu sözləri Demokrat.az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri Əli Həsənov Şahbaz Quliyevin ona qarşı ittihamlarına cavab verərkən deyib. O, daha sonra fikirlərini belə davam etdirib:
"Zəng edin Dilqəm Əsgərova, ondan soruşun o deyər. Şahbaz adlı adam tanımıram, heç görməmişəm də onun üzünü".
Ə.Həsənov Şahbaz Quliyevlə Dilqəm Əsgərovu Kəlbəcərə göndərməsi ilə bağlı iddialarına da münasibətini bildirib:
"Mən Müdafiə Nazirliyi zadam, yoxsa xüsusi xidmət orqanıyam? Dilqəm Əsgərova yığın, o, deyəcək onun danışdıqları nədir və nə üçün danışır. Mənim onla heç bir əlaqəm olmayıb, elə adam da tanımıram".
Qeyd edək ki, uzun müddət erməni girovluğunda qalmış Şahbaz Quliyev Xural TV-yə müsahibəsində sensasion açıqlama verib. Ş.Quliyev deyib ki, Dilqəm və onu Kəlbəcərə o vaxt baş nazirin müavini olan "Qaçqınkom"un keçmiş sədri Əli Həsənov göndərib. O, Kəlbəcərə Əli Həsənovun kabinetindən yola salındıqlarını və əllərinə silah, qranat verildiyini iddia edib.
"O vaxta kimi gözəl həyatım var idi. Xan-bəy kimi yaşayırdım. Məni çağırıb, "dövlətə lazımsan" deyib, göndərdilər. Əslində, məni tək göndərmək istəyirdilər. Dedim, Dilqəm yaxşı tanıyır oraları. Həmin vaxtı Dilqəm tutulmuşdu. Şəmkirdə polisə düşmüşdü. Onu çıxartdırıb gətirdilər bələdçi kimi. Həsən Həsənov da bizimlə getdi.Əli Həsənova verdiyim kaseti əsir düşən günü Xankəndidə ermənilər gətirib stolumun üstünə qoydular. Hazırda qollarım pis gündədir, əllərimdə yandırılan siqaretlərin izi hələ də getməyib. Burnum qırıqdır. Hər yerim zədəlidir, müalicə alıram. Dövlət isə ayda 180 manat pul verir".

Sosial       Tarix: 19 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeber.az iqtisadiyyat xeberleri bugun beynelxalq bank mezenne xeberler bu gun