Əlibaba Məmmədov: "Bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir"
Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir".
Open.az xəbər verir ki, bunu Xalq artisti Əlibaba Məmmədov Prezident İlham Əliyev ona "Şərəf" ordenini təqdim edərkən deyib.
"Haqqımda dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir. İnanın, mən danışan adamam, amma Sizin qarşınızda danışa bilmirəm. Bu gün mənim sənətimin bütün tərəflərindən söz açdınız. Elə danışdınız ki, sanki məni böyük bir musiqiçi təriflədi, var olun. Çox sağ olun ki, bizim xalq musiqimizə, xalqımızın sənətkarlarına belə böyük hörmət edirsiniz. Var olun, var olsun Mehriban xanım. Vallah, Mehriban xanımın bizə gəlməyini mən indi də yuxu kimi bilirəm. Hamı deyir, bu, doğrudan da çox böyük əks-səda doğurub. Hara gedirəmsə, hamı o görüşdən danışır. Allah saxlasın. Mənim arzum budur ki, Allah-Təala Sizi xalqımıza, bizə çox görməsin. Allah Sizi qorusun ki, bizim xalqımız daha xoşbəxt olsun. Ölkəmiz gündən-günə inkişaf edir, gözəlləşir. Vallah, xariqələr yaradırsınız. Mən bakılıyam, Bakıda böyümüşəm, amma bugünkü Bakını tanıya bilmirəm. Vallah, mən qəlbən danışan adamam. Mən heç vaxt nə yalan danışmıram, nə də bir adama pislik etmirəm. Bu, mənim idealımdır. Odur ki, mən bundan böyük hörmət görməmişəm, görə də bilmərəm. Bir daha hər ikinizə "Sağ olun!" deyirəm, Allah Sizi qorusun", - Xalq artisti deyib. /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq