Elin Süleymanov etimadnaməsini İslandiya Prezidentinə təqdim edib
Azərbaycanın İslandiyadakı səfiri Elin Süleymanov İslandiya Prezidenti Qudni Yohannessona etimadnaməsini təqdim edib.
Bu barədə KONKRET.az-a Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən məlumat verilib.
Protokola uyğun olaraq səfir xüsusi müşayiət ilə Prezident iqamətgahı Bessastadir sarayına gətirilib.
Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Prezident Qudni Yohannessona çatdırıb.
E.Süleymanov Azərbaycanın İslandiyada səfir kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.
Öz növbəsində, Prezident Qudni Yohannessona Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, onun da salamlarını və ən xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib. O, həmçinin səfir Süleymanova fəaliyyətində uğurlar arzu edib.
Söhbət əsnasında, tərəflər son illər ərzində Azərbaycanla İslandiya arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsinə dair perspektivləri müzakirə ediblər.
Sonda səfir, Prezident Yohannessona səmimi qəbul üçün təşəkkürünü bildirmiş, geotermal suların istilik enerjisi, alternativ enerji mənbəsi kimi istifadəsi ilə dünyada məşhur İslandiya təcrübəsinin öyrənilməsi və azad olunmuş ərazilərdə tətbiqi kimi perspektiv vəd edən bütün sahələrdə İslandiya ilə ikitərəfli münasibətləri inkişaf etdirmək üçün əlindən gələni edəcəyini bildirmişdir.
Mərasimdən sonra İslandiya Respublikasında etimadnamələri təqdim edən səfirlər ilə görüşdə Prezident Yohannesson İslandiya xarici siyasətinin prioritetlərindən, əsas istiqamətlərindən söz açaraq, dünyada beynəlxalq hüquqa hörmətlə yanaşılmasının vacibliyini qeyd edib.
Bu xüsusda İslandiya hökumətinin iqlim dəyişiliyi məsələsinə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, səfir Süleymanov azad olunmuş ərazilərin Prezident İlham Əliyev tərəfindən gələcəkdə "net zero" 0 karbon tullantı zonasına çevriləcəyini qeyd etmişdir.
İslandiya səfəri çərçivəsində Azərbaycan səfirliyinin nümayəndələri İslandiya Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri ilə ikitərəffli münasibətlər, regionumuzda mövcud vəziyyət eləcə də, Azərbaycan rəhbərliyinin davamlı sülhün .bərqərar olması və bütün bölgəmizin dayanıqlı inkişafına yönəldilmiş strategiyası, Avropada enerji təhlükəsizliyi məsələləri ilə əlaqədar fikir mübadiləsi aparmışlar.
Etimadnamənin təqdim olunmasına dair İslandiya Prezident administrasiyasının press-relizi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun