Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: "Uşaqları ideologiyaya girov etmək cinayətdir
Azərbaycanda məktəblərdə hicab ətrafında davam edən müzakirələrə publisist Elmir Mirzəyev də münasibət bildirib.
azxeber.com xəbər verir ki, publisist sosial şəbəkə hesabında paylaşım edərək dünyəvi dövlət prinsipləri və dini geyimlə bağlı mübahisələrə toxunub.
O, Azərbaycanın 30 ildən artıqdır müstəqil, dünyəvi dövlət olduğunu xatırladaraq, ölkədə hicab ətrafında gedən müzakirələri paradoksal adlandırıb.
"Güneydə insanlarımız yarım əsrdir şəriət əsarətindən xilas olmağa çalışır. Onların xəyalı sekulyar cəmiyyətdə azad surətdə yaşamaqdır. Quzeydə buna nail olunub, 30 ildən çoxdur müstəqil dünyəvi dövlətik, amma burada çadra davası gedir", – deyə Mirzəyev bildirib.
Publisist "hicaba azadlıq" ifadəsini də sual altına alaraq, dini geyimin məcburi tələb kimi təqdim olunması ilə azad seçim anlayışı arasında ziddiyyət gördüyünü qeyd edib.
Mirzəyev Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbini açarkən üzləşdiyi çətinlikləri də xatırladıb. Onun fikrincə, tarixdə qızların təhsilinə qarşı göstərilən müqavimətlə bugünkü mübahisələr arasında müəyyən paralellər mövcuddur.
"Tarix həqiqətən spiralvari gedir. Buna gözlərimizlə şahidlik etdik", – deyə o vurğulayıb.
Elmir Mirzəyev paylaşımını uşaqların ideoloji mübarizələrdən uzaq tutulmasının vacibliyini ifadə edən sərt fikirlə yekunlaşdırıb:
"Uşaqları heç bir zaman heç bir ideologiyaya girov etmək olmaz, bu, cinayətdir".

Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Trampdan Azərbaycan açıqlaması
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bərdədə 71 yaşlı qadın faciəvi şəkildə öldü
Biləsuvarda toyda bıçaqlanma: saxlanılan var
Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
İlham Əliyev Kambocaya səfərə dəvət edildi
İlham Əliyev onlara müraciət ünvanladı