Elnur Allahverdiyev: "Çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq" - FOTO
Elnur Allahverdiyev: "Çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq" - FOTO
"Seçicilərimizə verdiyimiz sözlərdən biri də bu idi ki, Bayır şəhərin qaranlıq küçələrinin yenidən işıqlandırılmasına nail olacağıq. Söz verilibsə, gərək yerinə yetirilə!"
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib:
"Zülfi Adıgözəlov küçəsindən başladıq. Yaşlı sakinlərin dediyinə görə, 40 ilə yaxındır ki, gecələr Z.Adıgözəlov küçəsini zülmət bürüyürdü. Seçkidən dərhal sonra hərəkətə keçdik. Yasamal Rayon İcra Hakimiyyətinə və "Azərişıq" ASC-yə müraciət etdik. Küçəyə mütəxəssislər göndərildi, tədbirlər planı hazırlandı, 15 işıq sütununa yeni LED çıraqlar quraşdırıldı və budur - küçə axşamlar və gecələr də səhərlər kimi aydın, işıqlıdır".
Z.Adıgözəlov, 122 ünvanında yaşayan 76 yaşlı Salamov Rafiq deyir: "İnanmayacaqsınız, amma bu küçə ömrümün yarısı qədər qaranlıq olub. İndi isə belə işıqlıdır. İnanmağım gəlmir".
69 yaşlı Mərdan dayı da görülən işlərdən çox razıdır: "Yayda havalar isti keçir, evdə otura bilmirəm. Küçəyə də çıxmaq olmurdu, hər yer qaranlıq idi. Zəhməti keçənlər sağ olsun, axşamlar çöldə rahat oturacağıq".
"Dostlar, Bayır şəhərin əsrarəngiz, köhnə Bakını yaddaşlarımızda yaşadan aurası var. Gecə işıqlı küçə bu ecazkarlığa əlavə rəng qatır. Dövlətimizin dəstəyi ilə seçicilərimizlə birlikdə problemləri bir-bir həll edəcək, çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq. Biz birlikdə güclüyük", - deyə E.Allahverdiyev bildirib.








Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb