Elnur Allahverdiyev: "Fransanın tarixində Makron qədər qeyri-ciddi prezident olmayıb və olmayacaq

Elnur Allahverdiyev: "Fransanın tarixində Makron qədər qeyri-ciddi prezident olmayıb və olmayacaqElnur Allahverdiyev: "Fransanın tarixində Makron qədər qeyri-ciddi prezident olmayıb və olmayacaq"
"Fransanın növbəti prezidentinin kimliyini, o cümlədən Emanuel Makronun yenidən seçilib-seçilməyəcəyini proqnozlaşdırmaq bizim işimiz deyil. Ancaq indidən əminliklə demək olar ki, bu ölkənin tarixində Makron qədər qeyri-ciddi prezident olmayıb və olmayacaq".
Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, Makron Fransa kimi tarixi olan, BMT Təhlükəsizlik Şurasının üzvü dövlətin qeyri-ardıcıl, qeyri-ciddi reputasiya qazanması üçün əlindən gələni edir.
"Görünür, bu adam prezidentlik postunun əhəmiyyətini bu illər ərzində dərk edə bilməyib. Onun tək Azərbaycana münasibətdə hərəkətləri yox, ölkəsinin daxilində də xüsusi hörmətə malik olmaması təsadüfi deyil. Prezidentliyinin ilk günlərindən qalmaqalların əhatəsində olan Makrona qarşı ölkəsinin hərbçiləri də qalxıb, ona Fransanın ciddi təhlükələrlə üz-üzə olduğuna dair xəbərdarlıqlar edirlər. Belə təəssürat yaranır ki, Makronun yanında mütləq ondan yaşca böyük və təcrübəli biri olmalıdır ki, atdığı addımların fəsadlarını izah etsin", – deyə deputat vurğulayıb. 
E.Allahverdiyevin sözlərinə görə, Azərbaycanın Ermənistanla dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesini "ermənilərə qarşı təcavüz" olaraq qiymətləndirib tələsik qərəzli bəyanat verən, özü də bunu erməni dilində edən Makron ya anlamır, ya da anlaya bilmir ki, bununla Fransanın ədalətli vasitəçi statusunu birdəfəlik dəfn edir.
"Əslində, Makronun Qarabağ probleminin nizamlanması prosesinə bir "xeyir"i oldu ki, indiyədək aşkar olmayanı etdi. Guya biz bilmirdik ki, Fransa ermənipərəst mövqedən çıxış edir və Azərbaycanın işğal altında olan torpaqlarının qayıtmasını istəmir? Sadəcə olaraq, Makron qərəzinin tündlüyündənmi, yaxud qeyri-peşəkarlığındanmı bu faktı bütün çılpaqlığı ilə ortaya qoydu. Vətən müharibəsinin ilk günlərindən verdiyi bəyanatlarla" – deyə deputat bildirib.
Rəsmi Parisin Makronun qismində atdığı addımların Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmədiyini Prezident İlham Əliyev dəfələrlə vurğulayıb. E.Allahverdiyev hesab edir ki, Azərbaycan ardıcıl şəkildə Fransanın ATƏT-in Minsk qrupundan uzaqlaşdırılmasını tələb etməlidir:
"Qarabağ problemi həll olunub. Bunu Azərbaycan öz gücü ilə edib. BMT-nin, ATƏT-in etmədiyini biz etmişik. Ona görə də, Minsk qrupu faktiki olaraq əhəmiyyətsiz bir qurumdur. Ancaq nə qədər ki, fəaliyyətini rəsmi şəkildə bitirməyib, Fransa kimi tərəf tutan dövlətin orada olmasının heç bir məntiqi yoxdur. Çünki bu ölkə açıq formada, prezidenti səviyyəsində Ermənistanı müdafiə edir".
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsindən sonra Azərbaycana səfər etmiş Fransanın rəsmi nümayəndəsi azad olunmuş torpaqların bərpasında ölkəsinin şirkətlərinin fəaliyyət göstərməyə hazır olduqlarını bildirirdi:
"Bu tərəfdən də həmin ölkənin prezidenti gah bizi "təcavüz"də günahlandırır, gah da erməni diasporu ilə görüşündə Qarabağın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi olduğundan təəssüflənir. Yəni aydın deyil, bu ölkənin Qarabağla bağlı formalaşmış siyasəti var, ya yoxdur. Belə görünür ki, Makron bütün bunları hisslərə qapılaraq edir". 

Siyasi       Tarix: 16 may 2021
f Paylaş

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari valyuta mezennesi metbuat xeberleri az xeber