Elnur Allahverdiyev: "Laçında sərhəd və gömrük xidmətimizin fəaliyyəti zaman məsələsidir

Elnur Allahverdiyev: "Laçında sərhəd və gömrük xidmətimizin fəaliyyəti zaman məsələsidirElnur Allahverdiyev: "Laçında sərhəd və gömrük xidmətimizin fəaliyyəti zaman məsələsidir"
"Azərbaycanın Ermənistanla dövlət sərhədi bərpa olunub. Kəlbəcərdən İran sərhədinədək işğal olunmuş ərazilərimizin azad edilməsi nəticəsində Ermənistanla tam əsaslı dövlət sərhədinə malikik. Burada digər dövlətlərlə olduğu kimi, bütün texniki-prosedur tədbirlərin həyata keçirilməsi zaman məsələsidir. Bu, həm də dövlət sərhədimizin Laçın rayonu ərazisinə aiddir". 
Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, 10 noyabr bəyanatının 6-cı maddəsinə əsasən, Laçın rayonundan keçən beş km enində olan dəhliz yaxın üç ilə dəyişikliyə uğrayacaq, Ermənistan sərhədi ilə Azərbaycanın Xankəndi şəhərini əlaqələndirən yeni yol çəkiləcək.
"Bu dəhlizdə hərəkətin təhlükəsizliyi sülhməramlılara həvalə olunub. Hərəkətin təhlükəsizliyinin təminatı bir məsələdir, dövlət sərhədində sərhəd və gömrük məntəqələrinin fəaliyyəti tam başqa. Düşünürəm ki, zaman etibarilə bu problem də öz həllini tapmalıdır və tapacaq. Yəni sərhədin bu hissəsində də tamformatlı sərhəd-keçid buraxılış məntəqəsi fəaliyyət göstərəcək" – deyə deputat vurğulayıb. 
E.Allahverdiyev hesab edir ki, Azərbaycan sərhədini keçib ərazimizə ayaq basan istənilən dövlətin vətəndaşı sərhəd və gömrük prosedurlarından keçir. Bu, bütün dünyada belədir. Yenicə dövlət sərhədimizi bərpa etdiyimiz Ermənistan üçün də bu, istisna deyil və olmamalıdır: 
"Hazırda Zəngəzur dəhlizi ictimaiyyətdə ən çox müzakirə olunan məsələdir. Bu dəhlizdən hərəkət zamanı qeyd etdiyim prosedurlara riayət olunacaqsa, nədən eynisi sərhədin Laçın hissəsinə də aid edilməsin?". 
Ermənistanla Azərbaycan arasında nə vaxtsa sülh müqaviləsinin imzalanacağını deyən deputat əmindir ki, bunu İrəvanda və ermənilərin havadarları olan bəzi ölkələrdəki qüvvələr istəsələr də, istəməsələr də görəcəyik. 
"Ancaq ötən 30 ilin acı təcrübəsindən çıxış etsək, xüsusilə də SSRİ-nin mövcudluğunun son illərində bir sıra separatçı-cinayətkar ünsürlərin gizli yollarla Qarabağa yeridilməsini nəzərə alsaq, qarşıdakı illərdə də bundan sığortalanmamışıq. Qarabağın işğalı məhz belə vasitələrin köməyi ilə baş tutmuşdu. Ona görə də biz ölkəmizin bu hissəsinə kimlərin gəlib-getdiyinə qanuni əsasda nəzarət etməliyik. Proses sərhəd və gömrük xidməti vasitəsilə həyata keçməlidir" – deyə E.Allahverdiyev vurğulayıb. 
E.Allahverdiyevin qənaətinə görə, sülhməramlı proses istənilən halda müvəqqətidir və tərəflərin eyni cəmiyyətə, siyasi-hüquqi, sosial-iqtisadi məkana inteqrasiyasından sonra bitməlidir. 10 noyabr bəyanatında missiyanın konkret tarixlə məhdudlaşdığı aydın əks olunub:
"Azərbaycanın erməni əsilli vətəndaşlarının bizim hüquqi məkana qayıtmaları qaçılmazdır. Onların hər birinin Azərbaycan pasportu olacaq, bütün vətəndaşlar kimi, onlar da bizim qanunlarımız əsasında işləyəcək, sosial təminat alacaqlar və s. 
Həm də bölgədə sülhməramlıların mövcudluğu da daimi deyil, müvəqqəti prosesdir. Odur ki, Ermənistanla sərhədin Laçın hissəsində sərhəd və gömrük xidmətimizin fəaliyyəti zaman məsələsidir".

Siyasi       Tarix: 30 aprel 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd


yeni xeberler son xeberler azerbaycan xeberleri hava haqqinda oxu.az xeberler qurban bayrami 2026 sonxeberler