Elnur Allahverdiyevdən təklif: "Şuşa ekoloji şəhər elan olunsun

Elnur Allahverdiyevdən təklif: "Şuşa ekoloji şəhər elan olunsunElnur Allahverdiyevdən təklif: "Şuşa ekoloji şəhər elan olunsun"
"Ermənilər bizim yaşayış məntəqələrini talayıb qarət etməklə yanaşı, təbiətimizə də ziyan vurublar. Ağacları kəsiblər, meşələri məhv ediblər, çaylarımızı zəhərləyiblər, faydalı qazıntıları oğurlayıblar. Bizim qarşımızda tək şəhər və kəndləri deyil, təbiəti də bərpa etmək vəzifəsi durur". 
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib.
Millət vəkilinin sözlərinə görə, təbiətin bərpası ilə yanaşı, yeni salınacaq yaşayış məntəqələrində ekoloji standartların qorunması və ekologiyaya zərər verməyəcək istehsal sahələri, infrastrukturun yaradılması lazımdır:
"Qarabağda şəhərlərimiz yenidən tikiləcək. Bu, bizə imkan verir ki, ekoloji problemlərə diqqət yetirək. İnfrastrukturun yaradılmasında ekoloji standartlara cavab verən yeniliklərdən istifadə edə bilərik. Tikinti materiallarının seçimində ekoloji cəhətdən təmiz vasitələrə üstünlük vermək olar".
E.Allahverdiyevin sözlərinə görə, ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında belə bir təkliflə çıxış edib: 
"Komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi zamanı təklif etdim ki, Şuşa ekoloji təmiz şəhər elan olunsun. Eko-şəhər üçün Şuşada bütün tələb olunan şərait var. Tarixi şəhərimizdir, mədəniyyət paytaxtımızdır. Şuşanın hər qarışı bizim üçün dəyərdir, irsdir. Şuşanın təbiətinin şəffaflığı, suyunun təmizliyi, havası imkan verir ki, bu qədim məskənimizi ekoloji şəhər elan edək və onun xalqımız üçün necə böyük əhəmiyyət kəsb etdiyini dünyaya göstərək".
E.Allahverdiyev hesab edir ki, Şuşanın ekologiyası, təbiəti heç də az əhəmiyyətli deyil:
"Biz gördük ki, 27 il nəzarətlərində olmasına baxmayaraq, ermənilər Şuşada heç bir layihə, mədəni, tarixi əhəmiyyətli tədbir, tarixi abidələrin bərpası işlərini həyata keçirə bilməyiblər.
Aydındır ki, Şuşa onların şəhəri deyil. XIX əsrin ortalarında inşa olunmuş kilsədən başqa Şuşada erməni tarixini əks etdirən heç nə yoxdur. İndi biz şəhərimizi qaytarıb onu mədəniyyət paytaxtımız elan etmişik. Məncə, əgər Şuşa bizim mədəniyyət paytaxtımızdırsa, oradakı tarixi abidələri, binaları bərpa edib qorumaq istəyiriksə, Şuşaya bir ekoloji şəhər, yaşıl şəhər statusu da verə bilərik".
Millət vəkilinin sözlərinə görə, artıq dünyada elektrik enerjisindən istifadə edən texnologiyalardan daha çox yararlanmağa başlanılıb. Məsələn, Bakının özündə elektriklə işləyən avtomobillərin sayı, əhalinin bu növ nəqliyyat vasitələrinə marağı gündən-günə artır: 
"Biz tutaq ki, Şuşada ancaq elektrik enerjisi ilə çalışan avtomobil, nəqliyyat vasitələri və digər texnologiyanın tətbiqinə icazə verə bilərik. Fikrimcə, ideyanın özü müsbət qarşılanarsa, ekoloji standartların tətbiqi üçün görüləcək işlərin geniş planını hazırlamaq olar. Əminəm ki, özəl sektor bu təşəbbüsə dəstək verər. Prezident cənab İlham Əliyev ölkəmizdə müasir texnologiya, süni intellekt və s. bu kimi yeniliklərin tətbiqinə hər zaman dəstək verib. Azərbaycan bu gün o ölkələrdəndir ki, Beşinci sənaye inqilabına hazırlıqlar görür, dünyanın aparıcı texnoloji şirkətləri bizə hədsiz maraq göstərirlər".
Deputat hesab edir ki bu, həm də bütün dünyaya Şuşanın əsl sahiblərinin kimin olması barədə daha bir ismarıc ola bilər: 
"Qoy görsünlər ki, 27 il ərzində Livandan, Yaxın Şərqdən gətirdikləri etnik ermənilər hesabına bu şəhərə yalnız 3-4 min sakin yığa bilən Ermənistandan fərqli olaraq, biz Şuşaya qayıdıb, onu bərpa etməklə yanaşı, həm də təbiətin qayğısına qalırıq". 

Siyasi       Tarix: 25 yanvar 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal


azerbaycan xeberleri son xeberler yeni xeberler qurban bayrami 2026 son xəbərlər ensonxeberler maraqlı xəbərlər