Elşad Mirbəşiroğlu: "Tramp prezident seçkilərində ciddi saxtakarlığın olacağının anonsunu vermişdi

Elşad Mirbəşiroğlu: "Tramp prezident seçkilərində ciddi saxtakarlığın olacağının anonsunu vermişdiElşad Mirbəşiroğlu: "Tramp prezident seçkilərində ciddi saxtakarlığın olacağının anonsunu vermişdi"
ABŞ-da keçirilmiş son iki prezident seçkisi ən qalmaqallı səsvermə kimi səciyyələndirilə bilər. Xatırlatmaq istərdim ki, 2016-cı ildə keçirilmiş prezident seçkilərinin nəticələri də ciddi şübhə altına alınıb.
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, görünən odur ki, demokratlarla respublikaçılar bir-birilərini qarşılıqlı şəkildə seçki saxtakarlığında ittiham edirlər:
"ABŞ-da ötən ilin 3 noyabr tarixində keçirilmiş seçkinin nəticələrinə görə, Demokratların namizədi Co Bayden seçicilər kollegiyasından 306 səs almaqla qalib gəlib. ABŞ-ın hazırkı prezidenti Respublikaçı Donald Trampa isə 232 səs verilib. Yanvarın 6-da Konqresdə seçkilərin nəticələrini təsdiq etmək üçün çağırılmış sessiya yarımçıq qalıb. Belə ki, seçkilərin nəticələrini tanımayacağını bildirən Trampa dəstək məqsədi ilə toplaşan tərəfdarları Kapitoli binasına daxil olaraq, iclasın işini dayandırıblar. Baş vermiş iğtişaşlar ABŞ demokratiyasının mahiyyətini də ortaya qoymuş oldu.
Ümumiyyətlə, hesab edirəm ki, ABŞ-da keçirilmiş son iki prezident seçkisi ən qalmaqallı seçkilər kimi səciyyələndirilə bilər. Xatırlatmaq istərdim ki, 2016-cı ildə keçirilmiş prezident seçkilərinin nəticələri də ciddi şübhə altına alınıb. Həmin dövrdə Demokratlar Rusiyanın seçkilərə müdaxilə etdiyini və Trampı dəstəklədiyini iddia edirdilər. Rusiyanın seçkilərə iddia edilən müdaxiləsi ilə bağlı təhqiqatlar da aparıldı. Trampın prezidentliyinin ilk illərində məsələ ətrafında müzakirələr səngimədi. Belə görünür ki, demokratlarla respublikaçıların biri-birilərini qarşılıqlı şəkildə seçki saxtakarlığında ittiham etməsi artıq bir tendensiyaya çevrilib".
Deputat bildirib ki, 2020-ci ilin noyabr seçkilərində ciddi saxtakarlığın olacağının anonsu Tramp tərəfindən verilib:
"O iddia edirdi ki, poçt vasitəsilə səsvermənin keçirilməsi onun qələbəsinin oğurlanmasına hesablanıb. Tramp bu iddialarından indi də geri çəkilmir və seçkilərin nəticələrini heç vaxt tanımayacağını bildirir. O, Konqressə təcili seçki islahatlarının keçirilməsi üçün çağırış da etdi. Tramp seçkiləri ölkə tarixinin, hətta dünyanın ən korrupsiyalaşmış seçkiləri adlandırıb. Seçilmiş prezident C. Bayden isə Tramp tərəfdarlarının davranışını etiraz aksiyası kimi deyil, üsyan kimi xarakterizə edib. Beləliklə, baş verənlər ABŞ seçki sisteminin ciddi çatışmazlıqlarını bir daha üzə çıxardı.
Ümumiyyətlə isə ABŞ-ın seçki sistemi daim tənqid hədəfi olub. Ayrıca olaraq son dövrlərdə seçkilərdə tətbiq olunan vasitələr ABŞ-ın dünyaya heç də yaxşı təcrübə təqdim etmədiyini nümayiş etdirir. Bir çox hallarda ABŞ bu və ya digər ölkələrdə keçirilən seçkilərlə bağlı öz mövqeyini sərgiləyir. Bu mövqe də obyektivlikdən uzaq olur. Hakimiyyət uğrunda mübarizənin ən kəskin məcrada keçməsi, hətta üsyan həddinə çatması ABŞ demokratiyasının dünyaya örnək olmadığını aydın göstərir".
"Trampın seçkilərin nəticələrini qəbul etməməsi hakimiyyətin transferini yubadır. Bu da öz növbəsində strateji məsələlərlə bağlı verilməli olan dövlət qərarlarını əngəlləyəcək. Təbii ki, hakimiyyət transferinin yubanması ABŞ-da ilk təcrübə deyil. Məsələn, 2000-ci ildə demokratların namizədi A. Qorun C. Buşun qələbəsini qəbul etməməsi sonuncunun vəzifə səlahiyyətlərinin icrasına başlamasını 37 gün ləngitmişdir. Sadəcə olaraq, hazırkı məqamda bu ləngimənin nə qədər olacağı ABŞ-da vəziyyətin gərginliyinə birbaşa təsir edəcək. Bütün hallarda ABŞ prezident seçkiləri aydın göstərir ki, tərəflər üçün prioritet ölkənin gələcəyi və ya milli maraqlardan deyil, marginal maraqlardan ibarətdir. ABŞ ən azından dünyanın başqa ölkələrindəki siyasi münasibətlər və kampaniyalarla bağlı rəy bildirmək haqqına malik olmadığını nümayiş etdirməkdədir", - deyə Elşad Mirbəşiroğlu sonda qeyd edib.
Könül Cəfərli 

Siyasi       Tarix: 07 yanvar 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini


yeni xeberler son xeberler azerbaycan xeberleri en son xeberler bu gun xəbər az krminal bu gun xeber.az 2026