Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: "Məcburdurlar
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: "Məcburdurlar..."
"Elza Seyidcahan düz deyir, onunla mən də razıyam. Onlar toy tutmaq üçün hər şeyə gedirlər. Bu gün incəsənət bərbad gündədir".
Bunu "Qaynarinfo"ya açıqlamasında meyxanaçı Samirə Yusifqızı bəstəkar Elza Seyidcahanın "bəzi meyxanaçılar bizim uşaqlarımızın tərbiyəsini pozurlar" ifadəsinə münasibət bildirərkən deyib.
Meyxanaçı bildirib ki, bu gün deyilən meyxanalar cəmiyyətin tələbi ilə uyğunlaşır:
"Meyxanaçılarda günah yoxdur, bu gün dinləyici onlardan ancaq elə sözlər gözləyir. Normal sözləri eşidəndə dinləmirlər. Meyxanaçı məcburdur ki, qeyri-etik sözlər işlətsin. Səliqəli meyxanaya heç kim əl çalmır, şabaş vermir. Meyxanaçılar da toy bazarı üçün səhnəyə çıxırlar. Cəmiyyət içərisində, uşaqların arasında "hallıyam", "kayfdayam", "kayfım zordur" və s. sözlərini işlətmək olmaz. Bunlar uşaqların tərbiyəsinə pis təsir edir. Təmiz, gözəl, səliqəli şəkildə deyilən meyxananı hamı kimi Elza da sevir".
Samirə Yusifqızı hesab edir ki, Elza Seyidcahan bu fikirlərini bütün meyxanaçılara şamil etməyib:
"Bəzi meyxanaçıları nəzərdə tutur. Amma mən Elza ilə razıyam, düz deyir. Elə sözlər var ki, onu cəmiyyət içərisində demək olmaz. Elza sözü düz danışan adamdır, doğrudan da elə meyxanaçılarımız var".
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan meyxanaçıları tənqid edib. O, meyxanaçıları qeyri-etik ifadələr işlətməkdə ittiham edib:
"Bəzi meyxanaçılar qafiyə tapmayanda, küçə sözlərinə əl atırlar. Ana-bacılarını ortalığa qoyurlar. Vacib deyil ki, söz tapmırsansa, sus. Küçə sözlərini, pis vərdişlərlə bağlı sözləri uşaqlara aşılayırlar. Heç hərflərimizi, sözlərimizi də düzgün tələffüz etmirlər". / oxu.az

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır