Əmək pensiyaları nə qədər indeksləşdiriləcək? - AÇIQLAMA
Azərbaycan qanunvericiliyinə əsasən hər növbəti ilin fevral ayında əmək pensiyaları indeksləşdirilir. Belə ki, indeksləşdirilmə ötən ilin orta aylıq nominal əmək haqqının ondan əvvəlki illə müqayisədə artımına uyğun olaraq həyata keçirilir.
Bəs bu il indeksləşdirmə faizi nə qədər olacaq?
KONKRET.az xəbər verir ki, iqtisadçı alim Qubad İbadoğlunun sözlərinə görə, indeksləşdirmə faizi hələ açıqlanmayıb: "Dövlət Statistika Komitəsinin açıqlamasına görə, 2021-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 724,1 manat olub. Göründüyü kimi 11 aylıq göstərici 2,9 faizdir. 12-ci ayın göstəricisi də əlavə olunanda və ya çıxılanda 2021-ci il üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki ilə nisbətdə artım faizi bəlli olacaq. Bunun əsasında isə əmək pensiyalarının təxminən 90 faizi indeksləşdiriləcək".
İqtisadçı əlavə edib ki, indeksləşdirmə 3 faiz ətrafında təxmin edilə bilər: "Belə olan halda əvvələr 240 manatdan çox pensiya alanların pensiyası da 3 faiz ətrafında indeksləşdiriləcək. Onda 250 manat pensiya alanlar 257,5 manat, 300 manat pensiya alanlar 309 manat, 350 manat pensiya alanlar 360,5 manat, 400 manat pensiya alanlar 412 manat alacaq. Amma hər bir halda yekun məlumatı gözləmək lazımdır. Mənim hesablamam hələ ki, təxminlər əsasındadır".
Müşviq Tofiqoğlu
KONKRET.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı