Əmək və sosial siyasət komitəsində dinləmə keçirilib

Əmək və sosial siyasət komitəsində dinləmə keçirilibƏmək və sosial siyasət komitəsində dinləmə keçirilib
Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsində "Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda dinləmə keçirilib. Dinləmədə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin 6 komitəsinin sədrləri, müavinləri və deputatlar, əlaqədar nazirliklərin və qurumların təmsilçiləri iştirak ediblər. 
Bu barədə Milli Məclisin Mətbuat vəictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Tədbiri açan Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ölkəmizdə sosial islahatların uğurla həyata keçirildiyini vurğulayıb. Bildirib ki, Azərbaycan Prezidentinin 30-a yaxın Fərman və Sərəncamını əhatə edən 2 islahatlar zərfi sayəsində ölkəmizdə minimum əmək haqqı 116 faiz, minimum pensiya 82 faiz, orta aylıq pensiya 60 faiz, yaşa görə orta aylıq pensiya 54 faiz artıb.
Dinləmə iştirakçılarının nəzərinə çatdırılıb ki,  postmüharibə dövründə 20 mindən çox şəxs sosial dəstəklə əhatə olunub. Onlardan 2 min 859 şəhidin ailə üzvlərindən 7 min 303 nəfərə sosial ödənişlər edilib; 9 min şəxsə sosial psixoloji dəstək, 500-dən çox qaziyə reabilitasiya xidməti göstərilib; 510 müharibə əlili  2 min 370 reabilitasiya vasitəsi ilə təmin edilib; 5 min 300 nəfər şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub.
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qanunvericiliklə tənzimləndiyini deyən Musa Quliyev əlilliyin ekspertizasının düzgün aparılmasını vacib şərt kimi önə çəkib. Son 3 ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkəmizdə yaxşı nəticələr əldə edildiyini bildirib. Qeyd edib ki, aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib. 
Günün reallıqlarından çıxış edən komitə sədri qanunvercilikdə müvafiq dəyişikliklərin olunması, yeni əlillik meyarlarının qəbul edilməsi vacibliyindən də bəhs edib. 
Dinləmədə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təminatı vacibliyindən  danışıb.
Əsassız əlilik təyinatlarının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib. 2021-ci ilin I rübünün nəticələrinə istinadən bildirib ki, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman aşkar olub ki, bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyi əsassızdır. Ona görə də, qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır.
Nazir deputatlara Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir. İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.  
Dinləmədə "əlilliyin müəyyən olunması" meyarlarının yeni layihəsi barədə məlumat verən Sahil Babayev bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək. Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib. 
Sonra tədbirdə I vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov və Məşhur  Məmmədov əlilliyin ekspertizası və reabilitasiyası sahəsində mövcud durum, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi barədə rəy və təkliflərini bildiriblər. 
Dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib. 
Diskussiyalarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədr müavini Nigar Bayramova, Səhiyyə nazirinin müavini Rahim Əliyev, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sədri Azad Abdullayev, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Bayramov mövzu ətrafında fikirlərini bildiriblər. 
Dinləmənin yekununda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri  Musa Quliyev müzakirə olunan mövzu ilə bağlı komitənin təkliflərini diqqətə çatdırıb.  /oxu.az

Siyasi       Tarix: 30 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"


azerbaycan xeberleri son xeberler yeni xeberler dunyada son xeberler cəbhədən son xəbərlər 2026 qarabag cəbhədən son xəbər