Əməkdar artist: 'Barmağımdan nişan üzüyümü, qulağımdan sırğamı çıxartdılar
Əməkdar artist Rəhilə Bəndəliyeva "Öz aramızda" verilişində qonaq olarkən illər əvvəlki televiziya mühiti ilə indiki dövrü müqayisə edib.
azxeber.com xəbər verir ki, sənətçi efir qaydalarının əvvəl daha sərt olduğunu bildirib.
O, qeyd edib ki, nişanlı olduğu dönəmdə efirə çıxarkən barmağındakı üzüyü və qulağındakı sırğanı çıxartdırıblar:
"Nişanlı olmuşam, barmağımdan üzüyümü, qulağımdan sırğamı çıxarıblar. Ceyran xanım dedi ki, nişanlısı deməyəcək ki, niyə üzüyü çıxartdın?".
Bəndəliyeva bildirib ki, o illərdə efirdə görünüş və davranışla bağlı ciddi nəzarət var idi. "Bir dəfə oxuyan anda saxladılar ki, qulağındakı sırğanı çıxart", - deyə sənətçi xatırlayıb.
Onun sözlərinə görə, AzTV-də çalışan bir əməkdaş da həmin vaxt bu məsələyə münasibət bildirib: "AzTV-də işləyən bir oğlan var idi, sonra müharibə vaxtı hərbiyə getdi. Dedi ki, İlhamə xanım olsaydı, saxlayardınız, eləcə də çəkiliş davam etdi".
Əməkdar artist əlavə edib ki, indiki dövrdə televiziya məkanında daha çox sərbəstlik var və bu tip qadağalara ehtiyac yoxdu. Onun bu fikirləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək