Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…

Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması məsələsinə yenidən toxunaraq, iki ölkə arasında sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu açıqlayıb. O bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması nəticəsində Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Eyni zamanda, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalı, Bakı və İrəvan əraziləri dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişməlidir.
"Bütün yollar və kommunikasiya xətləri həm "Sülh qovşağı" ("Dünyanın kəsişməsi") layihəsi çərçivəsində, həm də ondan kənarda açıq olmalıdır. Bakı və İrəvan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə bir-birinin işinə qarışmamalıdır. Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə bağlı heç bir tələb olmamalıdır", – deyə Paşinyan bildirib.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması qarşısındakı başlıca məsələlər bəllidir:
"Azərbaycan tərəfi konkret tələblərini irəli sürüb və bunlar beynəlxalq hüququn tələblərinə uyğundur. Bakı nə bu gün, nə də bundan sonra qeyri-qanuni tələb irəli sürər. Bizim Ermənistana qarşı heç bir ərazi iddiamız yoxdur. Azərbaycan Ermənistanın beynəlxalq hüquqla tanınan ərazilərini tanıyır. Paşinyanın qeyd etdiyi Qərbi Azərbaycan məsələsi isə başqa məsələdir.
Qərbi Azərbaycan məsələsi ata-baba yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpasına hesablanmış siyasi xəttdir. Yəni Ermənistana qarşı hər hansı ərazi iddiası irəli sürülməyib.
Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya fəaliyyət göstərir və uğurlu işlər görür. Hesab edirəm ki, hər iki tərəf görülən işlərdən razıdır. Proses qanuni şəkildə davam etdirilir. Yekun sərhədlərlə bağlı qərar qəbul edildikdən sonra sülh sazişi imzalanacaq.
Anklav və eksklav məsələsinə gəlincə, bu barədə konkret razılıq yoxdur. Paşinyan öz fikrini bildirir. Amma Azərbaycanın mövqeyi daha həlledici olacaq. Ərazi mübadiləsi beynəlxalq praktikada mövcuddur, lakin tərəflər arasında bu məsələ ilə bağlı hələlik razılıq yoxdur".

Siyasi       Tarix: 16 oktyabr 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovu

"İranın uzantıları dövlətimizi hədəfə alır" – Azər Həsrət

"İran Azərbaycan müstəqilliyini əldə etməyə başladığı dövrdən bu günə qədər ölkəmizdə din adı altında maskalanaraq özünə bir şəbəkə qurub". Bu sözləri -a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. . O qeyd edi

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. /

"Ermənistanla Azərbaycan arasında anklav və eksklavlar olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün əsas prinsipləri haqqında fikirlərini açıqlayıb. . Bu barədə o, sosial şəbəkə hesablarında canlı yayım zamanı danışıb. Paşinyan bildirib ki, sülh sazişinin imzalanmas

Japarov Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov oktyabrın 14-də Azərbaycana işgüzar səfərə gələcək. xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, S.Japarov oktyabrın 15-də Bakıd

Trampdan Azərbaycan açıqlaması

"Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu York ştatının Sirakyus şəhərində keçirilən mitinqdə çıxışı zamanı bildirib

İranlı nazir: Azərbaycanla 2 saziş imzalanacaq

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi ilə 2 əməkdaşlıq sənədi imzalanacaq". IRIB-ə istinadla xəbər verir ki, bunu İranın daxili işlər naziri İsgəndər Momeni bildirib. O

"QATAR GETDİ": İranla müharibənin bitməsi belə "respublikaçı"ları xilas edə bilməyəcək

POLITICO nəşrinin yeni sorğusu göstərir ki, Donald Trampın noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində amerikalı seçicilərin əhvalını dəyişməsi olduqca çətin olacaq. Hətta İranla müharibənin başa çatması, benzinin ucuzlaşmas

İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüb. xəbər verir ki, Prezident Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlər


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun qurban bayrami 2026 cəbhədən xəbərlər en yeni xeberler