Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar

Paşinyan anklavlarla bağlı yeni təklif verdi - DetallarErmənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında ərazilərin ehtimal olunan mübadiləsi ilə bağlı son bəyanatlarına aydınlıq gətirərək, Kərki (Tiqranaşen) və digər ərazilər üzrə məsələnin həlli ilə bağlı öz baxışını təqdim edib.
KONKRET.az "Armenia Today"ə istinadən xəbər verir ki, Paşinyanın keçirdiyi brifinq onun "Youtube" kanalında canlı yayımlanıb.
Xatırladaq ki, Paşinyan oktyabrın 14-də anklav-eksklavlar məsələsinin ərazilərin dəyişdirilməsi ilə həll olunacağını, buna əsasən, Ermənistan və Azərbaycanın dəqiq ölçülərdə ərazi mübadiləsi aparmalı olduğunu bildirmişdi. Lakin o, həmin gün söhbətin hansı konkret ərazilərdən getdiyini dəqiqləşdirməmişdi.
Bugünkü brifinqdə isə Paşinyan konkret olaraq hansı ərazilərin nəzərdə tutulduğunu açıqlayıb. Onun sözlərinə görə, söhbət Naxçıvanın Kərki (Tiqranaşen), Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Ermənistanın Geğarkunik mərzinin Çəmbərək rayonunun Başkənd (Artsvaşen) kəndindən gedir. N. Paşinyana görə, mümkün həll yolunun əsas ideyası ondan ibarətdir ki, delimitasiyadan sonra hər iki ölkənin ərazisində anklav və eksklavlar qalmamalıdır. Bununla belə, hökümət başçısı bu prosesin təşkilində texniki məsələlərin olduğunu diqqətə çatdırıb.
Ermənistan Baş naziri mümkün çıxış yolu kimi Başkəndin (Artsvaşen) yerləşdiyi mövqenin dəyişdirilməsini və onun Ermənistanın əsas ərazisinə birləşdirilməsini təklif edib ki, yaşayış məntəqəsinə çatmaq üçün Azərbaycan sərhədini keçməyə ehtiyac qalmasın:
"Hesab edirəm ki, Ermənistanda Başkənd kəndi olmalıdır. Bu, o demək deyil ki, biz Başkənd yaşayış məntəqəsini bağlamalıyıq. Başkənd ilə Ermənistan arasında Azərbaycana məxsus ərazi var. Məsələn, aşağıdakı kimi ola bilər: Başkənd kəndi öz ərazisi ilə bir az sağa, bir az sola, bir az düz istiqamətdə elə yerləşdirilir və sürüşdürülür ki, Başkənd ilə Ermənistan arasında başqa ərazi qalmasın. Amma əsas ideya odur ki, biz kəndi bağlamırıq, əksinə, yenidən bərpa edirik".
O vurğulayıb ki, eyni mexanizm qarşı tərəfdən də həyata keçirilə bilər:
"Belə bir həll üçün ilk növbədə delimitasiyanın əsasını təşkil edən xəritələr üzrə Başkənd ərazisinin ölçüləri dəqiqləşdirilməli, daha sonra onun hansı formada və harada yerləşdiriləcəyi müəyyən edilməlidir. Həmçinin ərazinin xüsusiyyətləri, su ehtiyatları və kommunikasiyalar da nəzərə alınmalıdır".
Paşinyan eyni zamanda vurğulayıb ki, təklifin detalları hələ müzakirə olunmayıb və onun icrasının hüquqi prosedurları ilə bağlı suallar açıq qalır:
"Bu məsələ ətrafında hələlik heç bir rəsmi razılaşma əldə edilməyib. Hazırda heç bir razılaşma yoxdur, lakin hiss edirəm ki, qarşılıqlı anlayış bu cürdür. Təklifin xırdalıqları hələ müzakirə olunmasa da, ayrı-ayrı məsələlər ətrafında müəyyən söhbətlər gedib. Ehtimal olunan həllin icrası üçün referendumun tələb olunub-olunmayacağı da hələ bəlli deyil. Lakin bu məsələlərin hüquqi təhlilə ehtiyacı var, mən isə yalnız mümkün siyasi həll yolunu təqdim edirəm".
Qeyd edək ki, Kərki (Tiqranaşen) və digər ərazilərin mənsubiyyəti məsələsi 2020-ci il 44 günlük müharibədən sonra delimitasiya prosesi çərçivəsində yenidən gündəmə gəlib. Ermənistan rəhbərliyi delimitasiya üçün 1991-ci il Almatı Bəyannaməsini əsas götürür. İrəvanın mövqeyinə görə, Kərki Ermənistan ərazisi deyil və onun statusu Azərbaycanla delimitasiya prosesində dəqiqləşdirilməlidir.qafqazinfo.az

Siyasi       Tarix: 16 oktyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib. Dövlətimizin başçısı ölkələrimiz arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik

ABŞ-dan dəhşətli etiraf, gizli silahla qorxunc təhdid: Yerə kosmosdan hücum etmək planı qurulur

ABŞ və Türkiyənin təşəbbüsləri tamamilə fərqli məqsədlər daşısa da, ümumi şəkildə kosmik texnologiyaların strateji əhəmiyyətinin artmaqda olduğunu da əks etdirir… Belə ki, ABŞ öz qlobal hərbi üstünlüyünü qorumağa çalışır

İran səfirindən "Sahar Azəri"nin yaydığı görüntülərə reaksiya

"Azərbaycanla İran arasındakı münasibətlərdə inkişaf müşahidə olunmalıdır. Bu da ondan irəli gəlir ki, biz qonşu və qohum xalqlarıq, müxtəlif sahələrdə ortaq maraqlarımız var. Çalışmalıyıq ki, bütün imkanlardan istifad

Hindistanın XİN rəhbəri Azərbaycana gəlib

Hindistanın xarici işlər naziri Kirti Vardhan Sinqh Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak etmək üçün Bakıya gəlib. xəbər verir ki, bu barədə nazir "X" sosia

Paşinyan: Ermənistan və Azərbaycan arasında anklav və eksklav olmamalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün hansı prinsiplər əsasında qurulmalı olduğunu açıqlayıb. Paşinyan bunu sosial şəbəkələrdəki canlı yayım zamanı deyib. Onun sözlərinə görə, sülh sazişinin nəticəsind

İlham Əliyev Kambocaya səfərə dəvət edildi

Prezident İlham Əliyev Kambocaya səfərə dəvət edilib. KONKRET.azxəbər verir ki, bunu Kamboca Krallığının Baş naziri Hun Manet Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatlarında deyib. "Kamboca Kralının dəvətini Siz

İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib. xəbə

Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət 

Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin Senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər. müraciətin mətnini təqdim edir:

İlham Əliyev Qətər Əmiri ilə görüşüb - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. /


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xeber enson xeberler xəbərlər.com son xeberler 2026