Əməkdar artist: "Yanımda qadına oxşayan kişi görmək istəmirəm

Əməkdar artist: "Gender bərabərliyi gözəl şeydir. Çünki biz insanıq. Kişi də insandır, qadın da. Ona görə də hər kəsin öz hüququ var. Bəli, biz bir insan kimi bərabərik. Buna başqa bir bucaqdan baxan insanlar da var. Deyirlər ki, bizim də hüquqlarımız kişilərlə bərabərdir! Mən belə düşünürəm ki, kişinin kişi yeri var, qadının da qadın yeri. Eyniləşdirmək lazım deyil. Çünki biz tamamilə fərqli cinslərik. Əgər bərabər olsaydılar elə bir cins yaranardı da. Bir-birindən fərqli cəhətləri elə birinci bundadır".
azxeber.com xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib. O daha sonra əlavə edib.
"Biz başqa əsrdə tərbiyə almışıq. Uşağa ana baxar. Niyə? Çünki ana ona süd verir. Əfsuslar olsun ki, indiki dövrdə heç uşağa süd vermirlər. Ana ilə uşaq arasında ünsiyyət bağı qopur. Ona görə də indi uşaqlar ananı eşitmirlər, ataya daha çox meyllidirlər. Ana övladı ilə o bağı qırır. Uşaq atadan qorxar, ananın yanında böyüyər. Bir qadın nə qədər kişiləşmək istəsə də heç vaxt kişi ola bilməz. Buna onun gücü çatmaz. Həmçinin də pul qazanmaq da şərt deyil! Pul qazanmaq o demək deyil ki, sən kişisən! Kişinin ailədə, cəmiyyətdə rolu başqadır. Bəli, qadın da, kişi də vəzifə sahibi olub pul qazana bilər. Amma övladın tərbiyəsində fərqlidirlər. Ailədə ataya hörməti ana yaradır. Ana yaratmasa övlad atasına hörmət etməz.
Niyə bir çox ailələr bu gün dağılır?! Bu elə gender məsələsinə görədir! Qadın kişiyə deyir ki, mən səninlə bərabərəm! Onun qarşısına şərtlər qoyur! Amma övladı olan qadınlar düşünmürlər ki, onların ailədə öz missiyası var. Mən normal ailərdən danışıram. Bu gün normal olmayan ailələr daha çoxdur. Evliliyi evlilik xatirinə edirlər, evlilik xatirinə ərə gedirlər, istəkləri, məqsədləri yoxdur. Həyatın mənasını geyinməkdə, mağazaları gəzməkdə, gündə bir paltar dəyişməkdə, kişinin pullarını dağıtmaqda görürlər. Vallah kişilər də yazıqdır. Qadınlar gərək kişiləşməsinlər. Bu missiyanı kişilərin boynuna qoymaq lazımdır. Boyunlarına götürürlər, alınmır, bacarmırlar və boşanırlar. Mən keçən əsrin adamıyam. Cəmiyyətdə ikiləşmə görürəm. İstəyir kişilərdə, istəyirsə də qadınlarda. Bəzi qadınlar xanım kimi sanballarını saxlayıblar. Yeni nəsil ki, gəlib, onlar ümumiyyətlə qadın kimdir, hansı məzhəbə qulluq etməlidir kimi sualların cavabını bilmirlər. Çox cılızlaşıblar. Elə qızlarımız da, qadınlarımız da uşağa münasibətdə əvvəlki analar kimi deyillər.
Uşağa gərək qayğı göstərəsən. Onlar istəyir ki, uşaq özü böyüsün, kimsə onun uşağına baxsın və o uşaq böyüsün. Belə olmur. Keçmişdəki xanımlar daha qadın olublar. Ailələrinə baxıblar, kişilərinə hörmət ediblər. İndi bu hörmət yoxdur. Ancaq özlərinə baxırlar. Bu gün kifayət qədər xanımlar görürəm ki, baxımlı, saçları bir rəngdə, kiprikləri, qaşları amma yanındakı kişiyə baxırsan ki, elə bil bomjdur! Belə şey olar?! Onlara tərbiyəni düz verməyiblər. Qadın istəyər öz kişisini kişi edər, qadın da var ki, istəyər öz kişisini göylərə qaldırar. Şükürlər olsun Allaha ki, hələ də nümunəvi ailələrimiz var. Bu bilirsiniz harada daha çox hiss olunur?! Bakının kəndlərində! Hələ ər-arvad münasibəti, bir-birinə sayğısı olan ailələr var. Şəhərdəkilər azğınlaşıblar, rayonlarda, Bakı kəndlərində bu dəyərlər qalıb. Bəzi kişilərimiz də forma baxımdan kişilikdən çıxıblar. Mənə elə gəlir ki, bunların elə səbəbi qadınlardır. Mən şəxsən yanımda qadına oxşayan, arvad kimi kişi görmək istəmərəm. Mən yanımda kişi kimi kişi görmək istərəm" deyə aktrisa bildirib.

Sosial       Tarix: 10 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən şad xəbər idman xeberleri son xeber 2026