Emin Hacıyev: "Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirən platformadır

Emin Hacıyev: "Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirən platformadırEmin Hacıyev: "Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarını birləşdirən platformadır"
Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyası dünya azərbaycanlılarının milli həmrəyliyini yaradan ali məfkurədir. SSRİ dövründə bir çox siyasi reallıqların, o cümlədən sovet ideologiyasının mövcud olduğu vaxtlarda məhz Heydər Əliyevin müəyyən etdiyi siyasətlə dünya azərbaycanlıları arasında milli birliyə ciddi təkan verən mədəniyyət, incəsənət sahəsində böyük işlər aparılırdı. Bu da dünya azərbaycanlılarının tarixi Vətənləri ilə - Azərbaycanla sıx əlaqələrinin yaranmasına ciddi təkan verirdi.
Ümummilli lider Heydər Əliyev azərbaycançılıq ideyasını birləşdirici platformaya çevirib, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə bu ideya zənginləşib və dünya azərbaycanlılarının "səfərbər" olunmasında əvəzolunmaz rol oynayıb. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması görkəmli dövlət xadimi Heydər Əliyevin tarixi xidmətidir.
Əsasını Ümummilli lider Heydər Əliyevin qoyduğu azərbaycançılıq ideyası Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diaspor siyasətində qorunub inkişaf etdirilir. 
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun xaricdə gördüyü işlər təqdirəlayiqdir və Azərbaycan diasporunun, eləcə də beynəlxalq ictimaiyyətin məlumatlandırılmasında xüsusi önəmə malikdir. Azərbaycanın Birinci vitse-prezidentinin rəhbərlik etdiyi Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən sayılan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl iş görür.
Mehriban Əliyevanın təşəbbüsü ilə artıq bir neçə ölkədə Azərbaycan evləri və "Qarabağ" adlı Azərbaycan məktəbləri fəaliyyətə başlayıb. Bu nəcib addım diasporumuzun təşkilatlanmasında xüsusi rola malikdir.
Başqa bir məqama da diqqət etməliyik ki, artıq xarici ölkələrdə Azərbaycan və türk diaspor təşkilatları arasında əməkdaşlıq inkişaf edir, bir sıra mühüm tədbirlər həyata keçirilib. Diasporlar arasında münasibətlərin möhkəmlənməsində Azərbaycan və Türkiyənin dövlət başçılarının da vahid platformadan çıxış etmələri diqqəti cəlb edir.
Ölkəmizin İkinci Qarabağ müharibəsindəki böyük qələbəsi xaricdə yaşayan azərbaycanlıların da məsuliyyətini xeyli artırdı. Diaspor təşkilatları və diaspor üzvləri Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində məqsədyönlü şəkildə iş apardılar. Onlarla ölkədə yüzlərlə yürüş-mitinq keçirildi və beynəlxalq ictimaiyyət həqiqətlərlə tanış oldu.
 "Qarabağ Azərbaycandır" şüarı dünyanın hər yerində küçə və meydanları bəzədi. Xaricdə yaşayan azərbaycanlılar rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda misilsiz qəhrəmanlığı haqqında dünya mediasında məlumatların yayılmasında böyük rol oynadılar. 
Biz bu il tariximizn ən gözəl həmrəylik günlərindən birini yaşayırıq. Dünya azərbaycanlıları öz fəaliyyətləri ilə bir daha sübut etdilər ki, hər zaman Müzəffər Ali Baş Komandanın yanındadırlar və harada yaşamalarından asılı olmayaraq, Ana Vətənlərinin mənafelərinin müdafiəsinə hazırdırlar. Yaşasın əbədi birliyimiz və həmrəyliyimiz!
Millət vəkili Emin Hacıyev /oxu.az

Siyasi       Tarix: 31 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Qarabağ Azərbaycan torpağıdır və əbədi olaraq belə də qalacaq. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə 27 sentyabr - Anım Günü ilə bağlı X-da paylaşımında bildirib. "Anım Günü münasibətilə Qarabağ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Prezident Canni İnfantinonu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. xəbər verir ki, Prezident İlham Əliyev dünyada, o cümlədən Azərbaycanda futbolun dövlət səviyyəsində inkişaf

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri cəbhədən ən son xəbərlər son xeberler bu gun xeberler bugun 2026