Emin Hacıyev: "Müzəffər Ordumuz Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi

Emin Hacıyev: "Müzəffər Ordumuz Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdiEmin Hacıyev: "Müzəffər Ordumuz Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi"
Şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü 30 ildir işğal altında olan torpaqlarımızı azadlığa qovuşdurdu. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. 
Bunu Milli Məclisin deputatı Emin Hacıyev Oxu.Az-a bildirib.
O, qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü:
"Ölkəmiz Vətən Müharibəsində tam qələbə çalaraq, Ermənistanı kapitulyasiyaya məcbur etdi. Nəticədə Azərbaycan Respublikasının Prezidenti,  Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli birgə bəyanatı ölkəmizin tarixi qələbəsini özündə əks etdirməklə, müharibəyə son qoydu. Ermənistan Azərbaycanın bütün şərtlərinə boyun əydi, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qısa vaxtda boşaldılması ilə bağlı qrafik müəyyənləşdi. Bununla da, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu, möhtəşəm zəfərdir!
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Ordumuz bu möhtəşəm qələbəni xalqımıza yaşatmaqla müstəqil Azərbaycana şərəfli tarix və möhkəm təməlli gələcək bəxş etdi. Cənab Prezidentin bildirdiyi kimi, "Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq. Bu qələbə Azərbaycan tarixində əbədi qalacaq. Həm döyüş meydanında, həm danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik".
Ermənistanın kapitulyasiyası məcburi köçkünlərimizin işğaldan azad olunan torpaqlarımıza qayıdışı, doğma yurd-yuva həsrətinə son qoyulması, Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması deməkdir. Ermənistanın məğlubiyyəti eyni zamanda işğaldan azad edilmiş torpaqlarımızın həyata qaytarılması, Qarabağ bölgəsinin dirçəldilərək yenidən cənnət məkanına çevirilməsi anlamı daşıyır.
30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi isə arxivə getdi.
Bu, həm də Naxçıvanın blokadadan qurtuluşudur. Tərəflərin imzaladığı birgə bəyanatda vacib məqamlardan biri Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılmasıdır. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla rabitənin olmaması böyük çətinliklər yaradırdı. Bu çətinliyin aradan qalxması  Naxçıvanın iqtisadiyyatının inkişafına təkan verəcək. Buradan avtomobil və dəmir yollarının çəkilməsinə, kənd təsərrüfatı və sənaye məhsullarının daha tez xarici bazarlara çıxarılmasına şərait yaradacaq. Dəhlizin olması geosiyasi cəhətdən də böyük əhəmiyyət daşıyaraq regional əməkdaşlığı genişləndirəcək.  Azərbaycandan Türkiyəyə, İrana və əks istiqamətdə yüklərin daşınması asanlaşmaqla daha ucuz başa gələcək. Ümumilikdə, torpaqlarımızın işğaldan azad oluması həmin ərazilərimizin iqtisadi potensialından istifadə edilməklə Azərbaycan iqtisadiyyatının gücünə güc qatacaq". 
Deputat qeyd edib ki, regionda təhlükəsizliyin təmin olunmasına gəlincə, bunu Rusiya və Türkiyə sülhməramlı qüvvələri birgə həyata keçirəcək:
"Beləliklə, qardaş Türkiyə və Rusiyanın prosesdə iştirakı bölgədə təhlükəsizliyin təminatına xidmət edəcək. Bu isə regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallığın yaranması deməkdir".

Siyasi       Tarix: 15 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri havanın temperaturu son xeberler bugun 2026 azerbaycan maliyye xeberler bugun en yeni xeberler