Emoməli Rəhmonun xalqına "ərzaq toplayın" ÇAĞIRIŞI - Dünyanı aclıq gözləyir?

Emoməli Rəhmonun xalqına Tacikistan Prezidenti Emoməli Rəhmon əhalini 2 illik ərzaq ehtiyatı toplamağa və dövlət müstəqilliyinin müdafiəsinə hazır olmağa çağırıb. Mərkəzi Asiya ölkəsinin rəhbəri xalqa müraciətində bildirib ki, ayrı-ayrı ölkələrin müstəqilliyi və azadlığı, onların dövlətçilik strukturu məsələsi ciddi sual altındadır. Dövlət başçısının sözlərinə görə, hər bir ailə özünü necə təmin edəcəyini düşünməli, mümkün qədər çox ərzaq istehsal etməli və iki il ərzində lazımi ərzaq ehtiyatı yığmalıdır.
Bəs görəsən, Tacikistan Prezidenti nədən ehtiyat edir? Tacikistanı hansı təhülkələr gözləyir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Cümşüd Nuriyev bildirib ki, dünyada baş verən proseslərlə bağlı olaraq qlobal ərzaq çatışmazlığı ciddi problemə çevrilməkdədir:
"Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Avropanın aqrar sektorunu çökdürəcək. "Köhnə qitə"də ciddi ərzaq çatışmazlığı təhükəsi gözlənilir. Həmçinin, Mərkəzi Asiya ölkələri və o cümlədən, Tacikistanda da yaxın illərdə ərzaq böhranı yaşana bilər. Məlumdur ki, Tacikistanın ərazisi dağlıqdır. Orada təkcə Fərqanə vadisində aqrar sektor normal inkişaf edib. Digər bir məsələ isə Əfqanıstan problemidir. Çünki Tacikistanda Rusiyanın hərbi bazası yerləşir və ölkənin sərhədini rus ordusu qoruyur. Əfqanıstanda hakimiyyət Talibana təsadüfən təhvil verilməyib. ABŞ ordusu orada 85 milyard dollarlıq müasir silahlar saxlayıb. Çünki ABŞ Əfqanıstandan həm Tacikistana, həm də İrana qarşı mütləq istifadə edəcək. İndiki dövrdə Rusiya-ABŞ qarşıdurması "Soyuq Müharibə" dövrü ilə müqayisədə daha da dərinləşib".
Emoməli Rəhmonun xalqına Politoloq bildirib ki, Emoməli Rəhmon indidən hadisələri qabaqlamaq istəyir :
"ABŞ öz iqtisadi maraqlarına uyğun olaraq Aİ ilə Rusiyanı üz-üzə qoyub. Hər iki tərəf aldadıldığını gec başa düşdü. Artıq Avropada qiymət artımları çox yüksək səviyyəyə çatır. Lakin bir tərəfdən ABŞ İrana da sanksiyalar tətbiq edir. Taliban hakimiyyətinə qarşı ciddi narazılıqlar var. ABŞ-ın Talibandan bır sıra tələbləri var və onlardan biri də Taciksitandır. Düşünürəm ki, Tacikistanı çox ciddi problemlər gözləyir. Emoməli Rəhmon bunu yaxşı başa düşür. O, özündən sonra hakimiyyətə oğlunu gətirmək istəyir. Buna görə də Emoməli Rəhmon indidən hadisələri qabaqlamaq niyyətindədir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 01 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər son xabar son xeberler azerbaycan en son xeberleri