Epşteynin ölümündən əvvəl yazdığı məktub ŞOK ETDİ - Görün nələr var

Epşteynin ölümündən əvvəl yazdığı məktub ŞOK ETDİ - Görün nələr varABŞ-da milyarder Cefri Epşteynin ölümündən bir neçə həftə əvvəl yazıldığı ehtimal olunan məktub ictimaiyyətə təqdim edilib.
KONKRET.az xəbər verir ki, CNN-in məlumatına görə, federal hakim sənədi açıqlayıb və məktub Epşteynin mümkün vida qeydi kimi qiymətləndirilir.
Məktubda çoxaylıq araşdırmanın heç bir sübut ortaya çıxarmadığı qeyd olunur. Sənəddə həmçinin belə ifadə yer alıb:
"Məndən nə istəyirsiniz, ağlayım və şikayət edim? İnsanının vida zamanını özü seçməsi böyük nemətdir."
ABŞ mediası bildirir ki, məktubun həqiqətən Epşteyn tərəfindən yazılıb-yazılmadığı hələ tam təsdiqlənməyib.
The New York Times qəzetinin məlumatına əsasən, məktub Epşteynin kamerasındakı yoldaşı Nikolas Tartalyone tərəfindən onun ölümündən bir neçə həftə əvvəl baş verdiyi iddia olunan intihar cəhdindən sonra aşkarlanıb.
Sənəd Tartalyonenin cinayət işi çərçivəsində federal hakim tərəfindən məxfi saxlanılıb və uzun müddət Nyu-York məhkəmələrindən birində gizli qalıb. Daha sonra Tartalyone məktubun məxfiliyinin aradan qaldırılması üçün məhkəməyə müraciət edib.
Cefri Epşteyn azyaşlı qızlara qarşı seksual zorakılıq və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunurdu. O, 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı Manhattan Metropolitan Correctional Center həbsxanasında ölü tapılıb.
Epşteyn işi ilə bağlı yayımlanan materiallarda bir sıra tanınmış şəxslərin adları çəkilib. Onların arasında Böyük Britaniya şahzadəsi Endryu, ABŞ prezidenti Donald Tramp, keçmiş prezident Bill Klinton, İsrailin sabiq baş naziri Ehud Barak, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild və başqaları yer alıb.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) və Ədliyyə Nazirliyi daha əvvəl bildirmişdi ki, araşdırma zamanı tanınmış şəxslərdən ibarət "müştəri siyahısı"nın mövcudluğunu təsdiqləyən sübut tapılmayıb. Rəsmi qurumlar həmçinin Epşteynin kamerada intihar etdiyi qənaətinə gəldiklərini açıqlayıblar.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 07 may 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Çin liderlərinin noyabr ayında baş tutması ehtimal olunan mümkün görüşünün dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsinə səbəb ola biləcəyindən ciddi şəkildə ehtiya

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi

Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır

Niderland hökuməti növbəti üç il ərzində Ukraynaya 1,2 milyard avro məbləğində qeyri-hərbi yardım ayıracaq. KONKRET.azxəbər verir ki, bu barədə Niderlandın xarici ticarət naziri Syord Syordsma məlumat verib. Onun sözlərin

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler en sonxeber en son xeberler bu gun kriminal bugun