Əqli Mülkiyyət Agentliyi tabeliyində yeni Mərkəz fəaliyyətə başlayacaq

Əqli Mülkiyyət Agentliyi tabeliyində yeni Mərkəz fəaliyyətə başlayacaqƏqli Mülkiyyət Agentliyinin tabeliyindəki "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin fəaliyyəti təmin ediləcək.
azxeber.com xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.
İmzalanmış sənəddə "Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyindəki "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin Strukturu da təsdiq edilib.
Əqli Mülkiyyət Agentliyi bir ay müddətində tabeliyindəki "Texnologiyaların Kommersiyalaşdırılması və Transferi Mərkəzi"nin fəaliyyətini təmin etmək məqsədilə sədr və onun müavini daxil olmaqla, Mərkəzin Müşahidə Şurasının üzvlərini və Mərkəzin direktorunu təyin etməli, Mərkəzin əməyin ödənişi fondunu, işçilərin say həddini və ştat cədvəlini, habelə işçilərin əmək haqlarının məbləğini (vəzifə maaşını, vəzifə maaşına əlavələri, mükafatları və digər ödənişləri) təsdiq etməlidir.
Mərkəzin dövlət qeydiyyatına alınması üçün bu Qərarın qüvvəyə mindiyi tarixdən 3 gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunu ilə müəyyən edilmiş qaydada İqtisadiyyat Nazirliyinə müraciət etməli və Mərkəz dövlət qeydiyyatına alındığı tarixdən bir gün müddətində bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
Mərkəzin Nizamnamə fondu 100.000 manat təşkil edir və Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla) hesabına təmin olunur, Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Agentlik tərəfindən ayrılan vəsait (dövlət büdcəsinin vəsaiti istisna olmaqla), eləcə də Mərkəzin fəaliyyətindən əldə edilmiş vəsait hesabına maliyyələşdirilir.

Sosial       Tarix: 19 mart 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kondisionerin gizli riskləri: Həkimlər nələrə diqqət etməyi tövsiyə edir?

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə xeyli artır. Mütəxəssislər bildirirlər ki, kondisionerin özü xəstəlik yaratmır, lakin ondan düzgün istifadə edilmədikdə və cihazın texniki baxımı vaxtınd

Bakıda bu yollar 3 günlük bağlanacaq

Bakıda bu yollar bağlanacaq. AAYDA-dan -a bildirilib ki, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə paytaxtın iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə əlaqədar frezlənmə və asfaltlanm

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır. xəbər verir ki, Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasu

Qara qızıl dəyər itirir: Dünya bazarlarında eniş

Dünya enerji bazarlarında neftin qiymətində azalma müşahidə olunub. xəbər verir ki, "ICE London" birjasında keçirilən hərraclarda "Brent" markalı neftin 2026-cı ilin iyul fyuçersləri 0,79% ucuzlaşara

Deputat: Məktəblərdə telefonlarla bağlı qadağa vaxtında atılmış addımdır

Xəbər verdiyimiz kimi, məktəbəhazırlıq qrupları və ümumi təhsil müəssisələrində şagirdlərin mobil və elektron cihazlardan istifadəsinə dair yeni qaydalar qüvvəyə minib. Qaydalara əsasən, dərs zamanı telefon, planşet və digə

Şəkər tozu kəskin şəkildə bahalaşacaq - XƏBƏRDARLIQ

Arzuolunmaz təbiət hadisəsi olan "El-Ninyo" Hindistanda şəkər qamışı məhsullarını məhv edə bilər. Əgər belə bir ssenari reallaşarsa, ölkə şəkər ixracını məhdudlaşdırmaq məcburiyyətində qalacaq. Nəticədə dünya bazarınd

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Hüquqsuz sürücünün narkotik istifadəçisi olduğu məlum oldu

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi "Mercedes" markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. xəbər verir ki

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bugun 2026 cebheden xeber son.xeberler cəbhədən son durum