Ər evindən küsüb ata evinə qayıtmasını qəbul etmədi - Qardaşın bacısını öldürməsinin təfərrüatları
Şabran rayonunda qadının qardaşı tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub.
Open.az xəbər verir ki, "Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.
Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib. Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub. Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.
Beləliklə, L.Müseyibova su kanalında boğularaq ölüb.
Qeyd edək ki, faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib