Əraqçı-Mirzoyan görüşünün gizlinləri: Bağlı qapılar ardında nə danışılıb?

Əraqçı-Mirzoyan görüşünün gizlinləri: Bağlı qapılar ardında nə danışılıb?İran və Ermənistanın xarici işlər nazirləri Abbas Əraqçı və Ararat Mirzoyan İrəvanda regional məsələləri müzakirə ediblər.
Qeyd olunub ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində erməni həmkarı ilə ikitərəfli münasibətlərə və Cənubi Qafqazdakı vəziyyətə dair məsələlər ətrafında fikir mübadiləsi aparıb.
KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Abbas Əraqçı və Ararat Mirzoyan görüşündə bir çox mühüm məsələ müzakirə olunub:
"Gözlənildiyi kimi, başlıca müzakirə mövzusu Cənubi Qafqaz və baş verən son proseslər olub. İran son proseslər fonunda özünü oyundankənar hiss edir. Faktiki olaraq Rusiya, ABŞ, Türkiyə, Ermənistan-Azərbaycan danışıqlarını yaxından izlədiyi halda İranın bu imkanları çox azdır.
Tehran Cənubi Qafqazda oyundankənar vəziyyətdə qalmaq istəmir. Bunun üçün də bütün imkanlardan istifadə edir. Hələlik bu Ermənistan ilə təmaslar fonunda müşahidə edilir. Azərbaycan ilə təmaslar müəyyən məsafəlidir. Buna səbəb İran-Azərbaycan münasibətlərində yaşanan gərginlikdir. Tehran bir müddətdir ki, gərginliyi aradan qaldırmaq, münasibətləri normallaşdırmaq üçün aktiv diplomatik təmas qurur. Amma dediyim kimi, bu danışıqlarda Ermənistan məsələsindən bəhs edilmir.
Hesab edirəm Tehranın İrəvanla təması onu qane etmir. Buna görə də gələcəkdə Bakı ilə də təmasları intensivləşdirməyə cəhd edə bilər. Amma Azərbaycan təmkinli davranmalıdır. Çünki İran normallaşma prosesinə ciddi töhfə verə bilməz. Əksinə bunun qarşısını almağa çalışacaq.
Misal üçün A. Araqçı Ararat Mirzoyan ilə görüşdə yenə sərhədlərin toxunulmazlığını vurğulayıb. Ümumiyyətlə, bu ifadə belə özlüyündə Tehranın niyyətini açıq şəkildə ortaya qoyur. Çünki İran 30 illik işğal dövründə bir dəfə də olsun sərhədlərin toxunulmazlığından bəhs etməyib".
Əraqçı-Mirzoyan görüşünün gizlinləri: Bağlı qapılar ardında nə danışılıb?Kənan Novruzov
Ekspert deyib ki, Abbas Əraqçı və Ararat Mirzoyan görüşündə ABŞ ilə münasibətlər və Yaxın Şərqdəki gərginlik müzakirə edilib:
"Tehranın işi getdikcə çətinləşir. İran belə demək mümkünsə axtarışdadır. Əraqçının türkiyəli həmkarı Hakan Fidanla telefon danışığından sonra Mirzoyanla görüşü diqqət çəkir.
Məsələ ondadır ki, İran Ermənistanın ABŞ-la strateji saziş imzalamasından narahatdır. Bunu özü üçün təhdid hesab edir. Mətbuata açıqlanmasa da böyük ehtimalla Araqçı Mirzoyandan bu sazişin təfərrüatlarını soruşub. Yəni ABŞ Ermənistan üzərindən İrana bu vəya başqa formada hücum edə bilərmi kimi məsələlər qapalı qapılar ardında müzakirə edilmiş ola bilər.
Yaxın Şərq məsələlərinə gəldikdə isə Suriyada Bəşər Əsədin devrilməsindən sonra İran üçün vəziyyət əsaslı surətdə dəyişdi. Ermənistan isə Türkiyə ilə birlikdə Suriyaya humanitar yardım göndərməyə başlayıb. Tehran bütün bunları yaxından izləyir və suallara cavab axtarır".

Siyasi       Tarix: 26 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb. xəbər verir ki, görüşdə Azərbaycan-BƏƏ strateji tərəfdaşlığı, ikitərəfl

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Prezident onları təltif etdi

Auditorlar Palatası üzvləri və əməkdaşları "Tərəqqi" medalı ilə təltif ediliblər. xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, auditor fəaliyyətinin inkişafında xidmətlərin

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqa

Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı 15 Sentyabr – Bakının azad edilməsinin ildönümü ilə bağlı təbrik edib. xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin X səhifəsində qeyd olunub. "Dost və qardaş Azərbaycanı

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Paşinyan: Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir

"Kərkiyə Kərki dedim, çünki bu, Kərkidir. Əgər o, Kərki olmasaydı, mən onu belə adlandırmazdım". KONKRET.azxəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, məsələnin hüquqi tərəfinə toxunara

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu


azerbaycan xeberleri son xeberler yeni xeberler ensonxeberler xeberler son xəbərlər maraqlı xəbərlər