Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi

Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndiƏrazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən məbləğlər təsdiqləndi
Nazirlər Kabineti "Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin göstərdiyi xidmətlərə görə ödənilən xidmət haqqı məbləğləri"nin təsdiq edilməsi haqqında Qərar verib.
Qərara əsasən, xidmət haqqı məbləğləri aşağıdakı kimidir:
Sıra №-si
Xidmətin adı
Ölçü vahidi
Məbləği (manatla)
1
2
3
4
1.
Sifarişçinin sorğusu ilə Bakı şəhərinin ərazisində aparılacaq tikintinin icazə verilən parametrlərinin verilməsi
1.1.
sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dək olduqda
ədəd
1000,0
1.2.
sorğuya əlavə olunan hüquqmüəyyənedici sənəddə (sənədin surətində) göstərilən torpaq sahəsinin hüdudları daxilində sifarişçinin müəyyən etdiyi tikinti ərazisinin sahəsi 500 m2 -dən çox olduqda
m2
1000,0 + 500 m2 - dən çox olan hər m 2 üçün 2,0 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla)
2.
Dövlətə və bələdiyyəyə məxsus torpaq sahəsinin ayrılması ilə bağlı tikinti niyyətinə dair rəy verilməsi
ədəd
1000,0
3.
Bakı şəhərinin inzibati ərazisində yol və mühəndis-kommunikasiya təminatı sistemi üçün trasların müəyyənləşdirilməsi
3.1.
təchizat şəbəkəsinə qoşulma haqqının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi hallarda
bu cədvəlin 3.2-ci bəndinə əsasən tətbiq edilən haqqın 50 %-i məbləğində (yuxarı məbləği 165,0 manatdan çox olmamaqla)
3.2.
digər hallarda
3.2.1.
trasın uzunluğu 200 m-dək olduqda
ədəd
300,0
3.2.2.
trasın uzunluğu 200 m-dən çox olduqda
metr
300,0 + 200-dən çox olan hər metr üçün 0,8 (yuxarı məbləği 3000,0 manatdan çox olmamaqla)
4.
Təsdiq üçün təqdim edilən şəhərsalma əsaslandırılması layihələrinin yoxlanılması
4.1.
tikinti ərazisinin ölçüləri 1000 m2 -dək olduqda
ədəd
3000,0
4.2.
tikinti ərazisinin ölçüləri 1000 m2 -dən çox olduqda
m2
3000,0 + 1000 m2 - dən çox olan hər m 2 üçün 2,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)
5.
tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğunun yoxlanılması
5.1.
tikintisinə icazə tələb olunan fərdi yaşayış evləri layihələrinin
m2
15,0 (yuxarı məbləği 15000,0 manatdan çox olmamaqla)
5.2.
çoxmənzilli yaşayış binaları layihələrinin
m2
15,0 (yuxarı məbləği 450000,0 manatdan çox olmamaqla)
5.3.
qeyri-yaşayış binaları layihələrinin
5.3.1.
istehsalat təyinatlı tikinti layihələrinin
m2
10,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)
5.3.2.
anbar binalarının layihələrinin
m2
8,0 (yuxarı məbləği 24000,0 manatdan çox olmamaqla)
5.3.3.
bu cədvəlin 5.3.1-ci və 5.3.2-ci yarımbəndlərinə aid olmayan qeyri-yaşayış binalarının layihələrinin
m2
15,0 (yuxarı məbləği 45000,0 manatdan çox olmamaqla)
5.4.
infrastruktur (yol tikintisi) layihələrinin
metr
0,5 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)
5.5.
texniki və mühəndis qurğuları layihələrinin
m2
4,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)
5.6.
mühəndis-kommunikasiya xətləri layihələrinin
metr
1,0 (yuxarı məbləği 30000,0 manatdan çox olmamaqla)
5.7.
digər obyektlərin layihələrinin
m2
1,0 (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla)
6.
tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı Bakı şəhərinin ərazisində yerləşən tikinti obyektlərinə baxış keçirilməsi
6.1.
tikinti obyektinin ümumi sahəsi 1000 m2 -dək olduqda
ədəd
1000,0
6.2.
tikinti obyektinin ümumi sahəsi 3000 m2 -dək olduqda
ədəd
2500,0
6.3.
tikinti obyektinin ümumi sahəsi 5000 m2 -dək olduqda
ədəd
3500,0
6.4.
tikinti obyektinin ümumi sahəsi 5000 m2 - dən çox olduqda
ədəd
8000,0
7.
Bakı şəhərinin inzibati ərazisində tikintiyə icazənin müddətinin uzadılması ilə bağlı sənədlərin tərtibi
1000,0
8.
Mərkəzin arxivində saxlanılan sənədlərin surətlərinin verilməsi
8.1.
10 vərəqə qədər olan hər sənəd
ədəd
50,0
8.2.
10 vərəqdən çox olan hər sənəd
ədəd
150,0
9.
Bakı şəhərinin inzibati ərazisində açıq sahələrdə əsaslı tikili olmayan iaşə obyektlərinin və səyyar ticarət obyektlərinin yerləşdirilməsinin və quraşdırılmasının uyğunluğunun müəyyənləşdirilməsi
m2
100,0 (yuxarı məbləği 10000,0 manatdan çox olmamaqla)
Qeydlər:
1. Qiymətlərə ƏDV daxildir.
2. Xidmət haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 412 nömrəli Qərarı ilə təsdiq edilmiş "Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri"nə əsasən müəyyən edilən 1-5-ci və 6.1-ci zonalar üzrə – 1 əmsalı, 6.2-ci və 6.3-cü zonalar üzrə – 0,7 əmsalı, 6.4-cü zona üzrə – 0,6 əmsalı, 7-ci zona üzrə – 0,7 əmsalı, 8-12-ci zonalar üzrə – 0,5 əmsalı, habelə Sumqayıt şəhərində – 0,5 əmsalı, Gəncə şəhərində – 0,4 əmsalı, Abşeron rayonunda – 0,3 əmsalı, digər şəhər və rayonlarda isə – 0,1 əmsalı tətbiq edilməklə hesablanır.
3. Təhsil, sosial, tibb, idman, mədəniyyət sahələrinə və hüquqmühafizə orqanlarına aid tikinti obyektlərinə münasibətdə hesablanan xidmət haqqının məbləğinə əlavə 0,5 güzəşt əmsalı tətbiq olunur.
4. Yenidən qurulan, bərpa və əsaslı təmir olunan tikinti obyektlərinə münasibətdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (texniki pasportda) göstərilən hissəyə əlavə 0,2 güzəşt əmsalı tətbiq olunur.
5. Sifarişçisi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.4-cü və 102.2.5-ci maddələrində nəzərdə tutulmuş şəxslər olan tikinti obyektlərinə münasibətdə əlavə 0,1 güzəşt əmsalı tətbiq olunur.
6. "Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanının 8.1-ci bəndinə əsasən, bu sənəddə nəzərdə tutulan xidmətlərin göstərilməsinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq tikintisinə icazə tələb olunan, lakin həmin Məcəllənin 89.1-ci maddəsi ilə müəyyən edilmiş ekspertizanın keçirilməsi tələb olunmayan tikinti obyektlərinə münasibətdə, habelə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər hallarda xidmət haqqı ödənilmir.
7. Cədvəlin 5-ci hissəsindəki xidmət haqqı layihə üzrə tikinti obyektinin ümumi sahəsinə əsasən hesablanır. Həmin Cədvəlin 5-ci və 6-cı hissələrinə əsasən xidmət haqqı hesablanan tikinti obyektinin ümumi sahəsinə yeraltı qaraj mərtəbəsinin sahəsi daxil edilmir.
8. Tikintisinə icazə tələb olunan tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğunun təkrar yoxlanılması zamanı xidmət haqqı ödənilmir, bu şərtlə ki, ilkin müraciət zamanı xidmət haqqı ödənilmiş olsun, tikinti obyektinin təyinatı saxlanılsın və tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırılmasın, habelə təkrar müraciət tikintiyə icazə verilməsindən imtina edildiyi tarixdən və ya uyğunsuzluğun aradan qaldırılması barədə sifarişçiyə yazılı müraciətdən 3 (üç) ay müddətində edilsin. Bu müddət ərzində təkrar təqdim olunan tikinti layihəsinə əsasən tikinti obyektinin ümumi sahəsi və ya tikinti sahəsi artırıldığı halda, tikinti layihəsinin yalnız artırılmış hissəsinə münasibətdə xidmət haqqı hesablanır.
9. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı"nın 1.6-cı bəndinin icrasından irəli gələn tədbirlərin yerinə yetirilməsində dayanıqlılığın təmin olunması məqsədilə şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı siyahısı Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 mart tarixli 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş ödənişli xidmətlərə görə xidmət haqlarının məbləğinə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə güzəştlər tətbiq edilir.
10. Cədvəlin 9-cu hissəsindəki xidmətlərə görə haqq 1 (bir) il müddəti üçün göstərilib. /oxu.az

Siyasi       Tarix: 12 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

"Bu səfərlərin çox böyük siyasi mənası var

"Torpaqları uzun illər işğal altında olan Azərbaycan işğala öz gücü ilə son qoydu, ərazi bütövlüyünü bərpa etdi, suverenliyini bərpa etdi". xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Almaniyanın Federal Kansler

Ruslar Putini görmək istəmirlər - NƏTİCƏLƏR AÇIQLANDI

Rusiyada Prezident Vladimir Putinin fəaliyyətini dəstəkləyənlərin sayı son üç ilin ən aşağı səviyyəsinə enib. KONKRET.azxəbər verir ki, Kremlə yaxınlığı ilə tanınan İctimai Rəy Fondunun (FOM) açıqladığı nəticələrə əsasən

Müctəba Xamenei İrandan qaçıb? - Abbas Əraqçidən maraqlı AÇIQLAMA

Müctəba Xamenei İrandan kənarda olduğu müddətdə Tehranda hakimiyyət uğrunda mübarizə yeni səviyyəyə qalxır. İsrail təhlükəsizlik xidmətindəki mənbənin məlumatına görə, İranın ali lideri Müctəba Xamenei ölkə rəhbərliyi daxilind

Sensasiya: Türkiyənin Ukrayna mövqeyindən sonra Rusiya GÖRÜN NƏ ETDİ

Rusiya Türkiyənin beş şirkətindən ərik, albalı, gilas, şaftalı və nektarin idxalına məhdudiyyət tətbiq edib. xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Bildirili

Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" səhifəsində IV Şuşa Qlobal Media Forumu ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımd

İlham Əliyev Ərdoğana məktub ünvanladı

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb. -un məlumatına görə, təbrikdə deyilir:. "Hörmətli cənab Prezident,. Əziz Qardaşım,

Zelenski generallarla "qapalı" görüşdə: İstefa şayiələri artır

Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin ali hərbi rəhbərliyi ilə intensiv danışıqlar keçirir.   xəbər verir ki, Ukrayna prezidentinin iyulun 19 və 20-də Baş Qərargah rəisinin müavini Vladimir Qorbatyukla iki dəfə görüşdüy

Ceyhun Bayramov: Rusiya ilə münasibətlər tam normallaşıb

Yaxın keçmişdə ikitərəfli münasibətlərimizdə müəyyən çətinliklərlə üzləşmişdik. xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında deyib

Zaxarovadan PUA hücumları ilə bağlı AÇIQLAMA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova iyulun 17-20-si tarixlərində Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) obyektlərinə qarşı törədilən hücumlarla bağlı şərh verib. xəbər verir ki, bəyanatda iyulu


yeni xeberler azerbaycan xeberleri son xeberler bugunun xeberleri axsam az xeberler valyuta məzənnələri cəbhədən xəbərlər