Ərdoğan: "28 gün ərzində Fələstində insanlığa qarşı cinayətlər törədilib"
Türkiyə Fələstin-İsrail münqişəsinin nizamlanması üçün yeni təhlükəsizlik mexanizmi üzərində işləyir.
KONKRET.az xəbər verir ki, bunu Trükiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Mədəniyyətimiz bizi məzlumların nəbzini tutmağa təşviq edir. Fələstində misli görünməmiş insan faciəsi baş verir. Xəstəxanalar və məktəblər bombalanır", – deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Qəzzadakı vəhşilik sözlə ifadə edilə bilməz.
"28 gün ərzində insanlığa qarşı cinayətlər törədilib. Biz mülki şəxslərə qarşı heç bir hərəkəti bəyənmirik. Türkiyə olaraq hər kəsin təhlükəsizliyini təmin etmək üçün yeni mexanizmlər üzərində işləyirik. Hazırda humanitar yardımla birlikdə 10 təyyarə göndərmişik, bundan sonra da göndərəcəyik", – Türkiyə lideri qeyd edib.
Ariz Həsənoğlu,
KONKRET.az

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ