Ərdoğan Əliyev və Paşinyanı təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülmələri münasibətilə təbrik edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə lideri mükafatın laureatlarına ünvanladığı video müraciətdə bildirib.
Ərdoğan çıxışında Azərbaycan və Ermənistan arasında sülh prosesində atılan addımların mühüm əhəmiyyət daşıdığını vurğulayıb: "Qardaşım İlham Əliyevin davamlı sülhün qurulması yolunda atdığı cəsarətli addımları, eyni zamanda Nikol Paşinyanın nümayiş etdirdiyi qətiyyətli iradəni son dərəcə vacib hesab edirəm."
Türkiyə Prezidenti qeyd edib ki, tərəflər arasında razılaşdırılmış sazişin qüvvəyə minməsi ilə Cənubi Qafqazda yeni mərhələ başlayacaq: "Hər iki tərəfin razılaşdırdığı məqsəd və format əsasında sazişin qüvvəyə minməsi ilə Qafqaz üçün yeni bir səhifənin açılacağına inanıram."
Ərdoğan çıxışında Türkiyənin regionda sülh və sabitliyə verdiyi dəstəyi bir daha təsdiqləyib: "Türkiyə bölgədə və bütün dünyada təhlükəsizlik, sülh, rifah və sabitliyə xidmət edən bütün təşəbbüsləri səmimi qəlbdən dəstəkləyir."
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dialoqun möhkəmlənməsi yalnız region üçün deyil, qlobal təhlükəsizlik baxımından da mühüm əhəmiyyət daşıyır və Ankara bu prosesi bundan sonra da fəal şəkildə dəstəkləməyə davam edəcək.
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
"Əl-Nəsr"dən Ronaldonu istədilər