Ərdoğan hökuməti toplayır: Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
Publika.az Report-a istinadla xəbər verir ki, Beştəpə iqamətgahında baş tutacaq toplantıda ölkənin daxili və xarici siyasətinə dair məsələlər müzakirə olunacaq.
İclasda Suriya, Liviya və Aralıq dənizindəki son durumla bağlı fikir mübadiləsi aparılacaq.
Türkiyə hökumətinin toplantısında həmçinin Azərbaycan-Ermənistan sərhədində baş verən son hadisələrin müzakirə olunacağı da gözlənilir.
Terrorla mübarizə məsələsi də Nazirlər Kabinetinin gündəmində olacaq. İclasda PKK/PYD, FETÖ və İŞİD terror qruplaşmaları ilə mübarizədə son vəziyyət dəyərləndiriləcək.
Türkiyə iqtisadiyyatındakı son vəziyyətin də müzakirə olunacağı toplantıda koronavirus pandemiyası ilə mübarizə tədbirləri, ölkədə virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün atılacaq addımlar və peyvəndlənmədəki son vəziyyət nəzərdən keçiriləcək.
İclasdan sonra R.T.Ərdoğan mətbuat konfransı keçirəcək, qəbul edilən qərarları ictimaiyyətə açıqlayacaq.
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək