Ərdoğan: 'İŞİD-ə qarşı üz-üzə mübarizədə şəhid verən yeganə NATO üzvüyük
"Türkiyə İraqdan Əfqanıstana, Qafqazdan Balkanlara, Qara dənizdən Aralıq dənizinə Afrikaya qədər bütün münaqişələrdə sabitliyin yaranmasına liderlik edir, fayda verir".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun zirvə toplantısına video-ismarışında bildirib.
"Türkiyə NATO başda olmaqla bütün beynəlxalq platformlarda terrora qarşı mübarizədə ilk sıralarda yer alır. PKK/PYD-də İŞİD və FETÖ-ya qədər bir çox terror qruplaşmaları ilə sərhədlərimiz daxilində və xaricində çox ağır bir mübarizə aparırıq. İŞİD-ə qarşı üz-üzə mübarizə aparan və bu yolda gənc övladlarını şəhid verən NATO-nun yeganə müttəfiqiyik", -Türkiyə prezidenti vuruğulayıb.
O, 4 minə yaxın İŞİD silahlısını zərərsizləşdirdikləri qeyd edib:
"Türkiyə sərhədlərinin eyni zamanda NATO sərhədləri olduğu da unudulmamalıdır. Bu baxımdan sadəcə öz milli maraqlarımız üçün deyil, alyans coğrafiyasının təhlükəsizlik və sabitliyinin təmini üçün də əhəmiyyətli bir məsuliyyət daşıdığımızı da bilirik".
Rəcəb Tayyib Ərdoğan Türkiyənin NATO-dakı yeri, gücü və nüfuzundan da bəhs edib.
///Report

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Prezident sərəncam imzaladı
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
Bakıda 16 avtobusun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir