Ərdoğan məhkəməyə müraciət etdi - Milyonluq tələb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.
Publika.az-ın məlumatına görə, buna səbəb CHP liderinin ona "sözdə prezident" deməsidir.
Prezident Kılıçdaroğlundan "prezidentə həqarət" ittihamı ilə 1 milyon TL mənəvi kompensasiya tələb edir.
Ərdoğanın vəkili Hüseyin Aydın məsələ ilə bağlı açıqlamasında bu sözlərin prezidentin şərəf və ləyaqətinə zərər vurduğunu, hüquqlarının ağır formada zədələdiyini bildirib.
Qeyd edək ki, K.Kılıçdaroğlu "Mətbuat Elanı Qurumu bir mənada mətbuat linç qurumuna çevrilirsə, oturub düşünmək lazımdır. Necə bir demokratiya və necə bir media yaratmaq istəyirlər? 2020-ci ildə Türkiyədə bir ölkənin sözdə prezidenti bir qəzeti birbaşa hədəf göstərib "mən o qəzeti oxumuram, siz də alıb oxumayın" deyı çağırış edirsə, orada media üzərindəki təzyiqi düşünün" sözlərini demişdi.
Zümrüd
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək