Ərdoğan: "Ölkəmizi bu iqtisadi qurtuluş savaşından da zəfərlə çıxaracağıq"
Valyuta məzənnəsinin yüksəlişi ilə bağlı qiymət artımı investisiyaya, istehsala və məşğulluğa birbaşa təsir göstərmir. Valyuta məzənnəsində rəqabət qabiliyyəti investisiyaların, istehsalın və məşğulluğun artmasına yol açır.
Publika.az xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin noyabrın 22-də keçirilmiş növbəti iclasından sonra ictimaiyyətə ənənəvi müraciətində ifadə edib.
Çıxışında Türkiyənin sosial tədbirlərinə, sənaye və istehsaldakı gücünün yüksəlişi üçün həyata keçirilən layihələrə, eləcə də milli valyuta türk lirəsinin məzənnəsi ilə bağlı son vəziyyət barədə fikir və düşüncələrini bölüşən dövlət başçısı deyib: "Ölkəmizi bu iqtisadi qurtuluş savaşından da zəfərlə çıxaracağıq".
Zəlzələ və digər təbii fəlakətlərdə evləri dağılmış vətəndaşlar üçün inşa edilən mənzillər barədə ətraflı məlumat verən, eləcə də İzmir zəlzələsində (29 oktyabr 2020) zərər çəkən vətəndaşlar üçün tikilən ev və dükanların noyabrın 26-da sahiblərinə paylanacağını xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə ölkə əhalisinin rifahının yaxşılaşdırılması, məşğulluğun qorunması və genişlənməsi üçün əsaslı strategiyanı bundan sonra da uğurla davam etdirəcək.
Xidmetler [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək