Ərdoğandan Suriya AÇIQLAMASI: "Hazırıq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər ölkəsi Suriyadan milli təhlükəsizliyinə təhdid görsə, lazım olan bütün addımları atacaq.
KONKRET.az xəbər verir ki, bu barədə o, Cənubi Afrika Respublikasından qayıdarkən təyyarədə açıqlama verib.
Ərdoğan həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin möhkəm, ardıcıl və əməliyyatlarla dəstəklənən mövqeyi İsrail Baş Naziri Benyamin Netanyahuya qarşı fəaliyyətləri dayandıra bilər. Prezident XAMAS-ın İsrailin təxribatlarına qarşı səbir göstərdiyini və atəşkəs rejimini qoruduğunu vurğulayıb. O, Qəzza sektorunda atəşkəs rejiminin dəqiq şəkildə tətbiq olunmasının böyük əhəmiyyət daşıdığını deyib və İsrailə diplomatik təzyiqin gücləndirilməsini, humanitar yardımların fasiləsiz çatdırılmasını vacib sayıb.
Prezident Türkiyənin Rusiya-Ukrayna münaqişəsinin həllində konstruktiv mövqeyini davam etdirməyə hazır olduğunu və Stambuldakı prosesdə oynadığı açar rolu xatırladıb. O, ABŞ-ın Tramp sülh planı ilə bağlı da şərh verərək bildirib ki, plan üzrə razılaşma əldə etmək mümkündür, əsas məsələ bunu necə reallaşdırmaqdır. Ərdoğan qeyd edib ki, bütün iştirakçıları razı salacaq çərçivə hazırlanarsa, bu uzunmüddətli həll yolunu aça bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib