Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart

Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, martO vaxtkı hakim partiya Ərdoğanı İstanbul bələdiyyəsi başqanlığından uzaqlaşdırmaq və həbs etməklə həmişəlik siyasətdən kənarlaşdırmağı hədəfləyirdi, amma hər şey əksinə oldu…
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın o vaxtkı həbsi də tez-tez xatırlanır.
KONKRERT.az musavat.com-a istinadən yada salır ki, Ərdoğan öncə 1989-cu ilin martında Rufah partiyasında Bəyoğlu bələdiyyə başqanlığına namizədliyini irəli sürüb, lakin məğlub olub. O, səslərin hesablanması zamanı pozuntuların olduğunu bildirib. Məhkəmə onu dairə seçki komissiyasının sədri və hakimi təhqir etdiyinə həbs edib. Lakin bir həftə sonra 500 min lirə girov qarşılığında sərbəst buraxılıb. Məhkəmə Ərdoğanı 6 ay həbs və 20 min lirə pul cəzasına məhkum etsə də, sonda həbs cəzası 920 min lirə cərimə ilə əvəzlənib.
Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, mart1994-cü ilin martında Ərdoğan İstanbul bələdiyyə başqanı seçkilərində 25,19% səslə qalib gələrək, ən yaxın rəqibi, Vətən Partiyasından İlhan Kesicini 3,05% geridə qoyub.
Bu vəzifədə Ərdoğan özünü xarizmatik siyasətçi və menecer kimi göstərib. O, bir neçə onilliklər ərzində şəhəri narahat edən bir çox iqtisadi və sosial problemləri həll etdiyi üçün böyük populyarlıq qazana bilib. Bunlara zəif su təchizatı, tullantıların çıxarılması və təkrar emalı ilə bağlı problemlər və nəqliyyat problemləri daxildir. Bundan əlavə, o, bir sıra effektiv antikorrupsiya tədbirləri tətbiq edib, həmçinin şəhərin borclarının böyük hissəsini ödəyib və şəhərə dörd milyard dollar investisiya cəlb edib.
1997-ci ildə Türkiyədə hərbi çevrilişdən sonra Ərdoğanın namizədliyini irəli sürən Rifah Partiyasının fəaliyyəti qadağan olunduğu üçün siyasətçi bələdiyyə sədri postunu tərk etmək məcburiyyətində qalıb. Ölkədə mitinqlər və etirazlar başlayıb.
1997-ci ildə Siirt şəhərində keçirilən mitinqlərin birində Ərdoğan Ziya Gökalpın 1912-ci ildə Balkan müharibəsində vuruşan türk əsgərlərinə ithaf olunan "Əsgərin duası" şeirini oxuyub. Amma məlum olub ki, Ərdoğanın oxuduğu şeir orjinala uyğun gəlmir. Çünki Ərdoğan şeirin sonluğuna bu əlavələri edibmiş: "Məscidlər bizim kışlağımız, günbəzlər dəbilqəmiz, minarələr xəncərlərimizdir". Məhz bu əlavələrə görə o, məhkəmə qarşısına çıxarıldı. Ərdoğan orada oxuduğu şeirin məşhur şair tərəfindən yazıldığını və ona qadağa qoyulmadığını dedi: "Bu şeir təhsil nazirinin təsdiq etdiyi dərsliklərə salınıb. Cəmi bir neçə sözü dəyişdim. Diqqəti cəlb etmək, insanları ruhlandırmaq istəyirdim".
Amma məhkəmə başqa qərar verdi. 1999-cu ilin martında o, "milli və irqi ədavəti qızışdırma" maddəsi ilə 10 ay həbs və külli miqdarda cərimə cəzasına məhkum edildi.
Ərdoğanı həbsə aparan o səbəb - 1999-cu il, martƏrdoğan tərəfdarları həbsi siyasi qisas kimi dəyərləndirir və etiraz aksiyaları təşkil edirlər. O dövrün iqtidarı isə bunu hüququn aliliyinin bərpası kimi qiymətləndirir. Həmin dövrdə Qərb ölkələri və beynəlxalq təşkilatlar məhkəmə prosesinin şəffaf aparılmasını tələb edir.
Amma xalqın dəstəyi, partiyanın və Ərdoğanın vəkillərinin səyi nəticəsində cəza 4 aya endirildi. Buna görə də 1999-cu il iyulun 24-də azadlığa buraxılıb.
O vaxtkı hakim partiya Ərdoğanın vəzifədən uzaqlaşdırılması və həbs olunması ilə həmişəlik siyasətdən kənarlaşdırmağı hədəfləyirdi. Amma bu həbs onun populyarlığını artırdı və siyasi nüfuzunu gücləndirdi. O, azadlığa çıxandan sonra Ədalət və İnkişaf Partiyasını (AKP) yaratdı. 2002-ci ildə partiya parlament seçkilərində qalib gəldi və bu, ona birpartiyalı hökumət qurmağa imkan verdi. O vaxtdan bəri Türkiyədə AKP hakimiyyətdədir. / konkret.az

Siyasi       Tarix: 23 mart 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber cəbhədən yeni xəbərlər şou biznes xəbərləri kriminal xeber