Ərdoğanın Ayasofya şifrəsi: Fatehin sözləri, Keribarın fotosu, Tuluyhanın musiqisi

Ərdoğanın Ayasofya şifrəsi: Fatehin sözləri, Keribarın fotosu, Tuluyhanın musiqisiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın ibadətə açılmasından sonra çıxışı zamanı bir sıra məqamlara diqqət çəkib.
Publika.az xəbər verir ki, Türkiyə mediası Ərdoğanın çıxışı zamanı fonda görünən sözləri, fotonu, eləcə də Ayasofyaya həsr olunmuş musiqini "Ərdoğanın Ayasofya şifrəsi" olaraq təqdim edib.
Fateh Sultan Mehmetin sözləri
Ərdoğanın çıxışı zamanı arxa fonda 1453-cü ildə İstanbulu fəth edən Sultan Mehmetin Ayasofya haqqında dediyi sözlər görünüb. İstanbulu fəth edən Fateh Sultan Ayasofyanı ibadət üçün məscidə çevirib və onun qorunması ilə bağlı qərarlar verib. 6 əsr öncə Fateh Sultan bildirib: "Məscid olmaqdan çıxarılarsa, ən böyük haram işləmiş və günahları qazanmış olurlar".
Ərdoğanın çıxışı zamanı bu sözlərin fonda görünməsi Türkiyə daxilində və dünyada Ayasofyanın muzey statusunun ləğvi və ibadətə açılması ilə bağlı etirazlara mesajdır.
Fondakı foto
Ərdoğanın çıxışı zamanı arxa fonda Ayasofyanın böyük bir fotosu yerləşdirilib. Bu foto 2010-cu ildə məşhur fotoqraf İzzet Keribar tərəfindən çəkilib və Ayasofyanın içi bütövlükdə əks olunur.
Ayasofyan musiqisi
Ərdoğanın çıxışından sonra məşhur pianoçu Tuluyhan Uğurlunun Ayasofya üçün hazırladığı xüsusi musiqisinin ifa olunması diqqət çəkib. Bəstəkar Ayasofyanın keçmişdən indiyə qədər davam edən tarixindən Qərb və Türk musiqi alətlərindən istifadə etməklə notların dili ilə bəhs edib. Bu musiqi bəstəkarın "Dünyanın paytaxtı İstanbul" albomunda da yer alır.
Asif

Dünya       Tarix: 11 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

Məhkəmədən İranın vurduğu sərnişin təyyarəsi ilə bağlı qərar

Kanada məhkəməsi 2020-ci ildə Tehran yaxınlığındakı təyyarə qəzasında həlak olan 6 nəfərin ailələrinə 84 milyon dollar təzminat müəyyənləşdirib. "Milliyet"ə istinadla xəbər verir ki, Ontario əyalətinin Ali Ədalə

Bazar qiyməti 3 trilyon dolları keçən ilk şirkət açıqlandı

"Apple" şirkətinin səhmləri təxminən 3 %-ə yaxın artıb, şirkətin kapitallaşması ilk dəfə olaraq 3 trilyon ABŞ dollarını ötüb. Bu, tarixdə ilk dəfə olaraq şirkətin bazar qiymətinin bu həddi aşmasıdır. xarici KİV-

2021-ci ilin ən varlı 10 insanı - SİYAHI

"Bloomberg" 2021-ci ildə dünyanın ən varlı iş adamlarının siyahısını hazırlayıb. Pandemiyaya baxmayaraq onlar ötən il də maddi güclərini artırmağı bacarıblar. xəbər verir ki, siyahıda birinci "Tesla" v

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Tokayev gənclərə ÇAĞIRIŞ ETDİ: "Həyatınızı zəhərləməyin"

Xəbər verdiyimiz kimi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin Manqistau vilayətində maye qazın qiymətinin aşağı salınması qərarından sonra nümayişçilərə müraciət edib. TASS-a istinadla xəbər verir ki, o, müraciətind

Qazaxıstanda GƏRGİN GECƏ: etirazçılar polisi döydülər, maşınlara OD VURDULAR - VİDEO

Almatıda Respublika meydanında etirazçılar polis əməkdaşını döyüb və hüquq-mühafizə orqanlarının əməkdaşlarının avtomobillərini yandırıblar. xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb. Bildirili

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 azerbaycan son xeberler bu gun beynelxalq bank mezenne cəbhədən ən son xəbərlər