Ərdoğanın Əsədlə görüş planı: "Təlimatlar verdim"

Ərdoğanın Əsədlə görüş planı:

" class="imgbcode" />ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən NATO Liderlər Zirvəsi üçün görüşlər keçirən prezident Ərdoğan mətbuat konfransında açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, Ərdoğan Fələstin torpaqlarında sülh əldə olunmayana qədər Türkiyənin İsrail və NATO arasında əməkdaşlıq təşəbbüslərini bəyənməyəcəyini bildirib.
Ərdoğan bildirib ki, "İttifaqımızın təməl dəyərlərini tapdalayan İsrail rəhbərliyinin NATO ilə tərəfdaşlıq əlaqələrini davam etdirməsi mümkün deyil. NATO çərçivəsində İsraillə əməkdaşlıq cəhdləri Türkiyə tərəfindən razı qarşılanmayacaq".
Ərdoğan bəyan edib ki, Ankara atəşkəs elan edilməsi və daimi sülhün bərqərar olması üçün qarantlıq da daxil olmaqla istənilən təşəbbüsü göstərməyə hazırdır.
Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına qəbul prosesi ilə bağlı sualı cavablandıran Ərdoğan deyib ki, "Məqsədimiz orada müşahidəçi üzv kimi deyil, daimi üzv olmaqdır. Bunu həm cənab Putinlə, həm də Si Cinpinlə ayrıca müzakirə etdim. Qazaxıstanın və bütün daimi üzvlərin dövlət başçıları ilə də görüşdüm və bu məsələ ilə bağlı üzvlərdən dəstək istədim".
Son zamanlar gündəmdə olan Türkiyə-Suriya münasibətlərində normallaşma addımlarından da danışan Ərdoğan Suriya ilə münasibətləri yaxşılaşdırmaq üçün xarici işlər naziri Hakan Fidana Suriya prezidenti Bəşər Əsədlə görüşməyi tapşırdığını da bildirib.
"Mən iki həftə əvvəl xüsusi olaraq cənab Əsədə zəng etdim ki, ya mənim ölkəmə gəlin, ya da bu görüşü üçüncü ölkədə keçirək. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirimə də təlimatlar verdim. Biz bu incikliyi aradan qaldıraraq yeni bir prosesə başlamaq istəyirik".
Baydenlə görüşünün təfərrüatlarını paylaşan Ərdoğan "Türkiyəyə F-16 satışı ilə bağlı Baydenlə danışdım. O, mənə bu problemin 3-4 həftəyə həll olunacağını söylədi" deyə bildirib.
Ərdoğan deyib ki, Türkiyə NATO müttəfiqlərindən terrorla mübarizədə birlik gözləyir.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Siyasi       Tarix: 12 iyul 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeberler sonxeber az metbuat son xeber.az