Ərdoğanın Vaşinqton səfərinin PƏRDƏARXASI: ABŞ və Türkiyə arasında nə baş verir?

Ərdoğanın Vaşinqton səfərinin PƏRDƏARXASI: ABŞ və Türkiyə arasında nə baş verir?"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri, xüsusilə də BMT Baş Assambleyasında iştirak etməsi, həm ikitərəfli münasibətlər, həm də regional proseslər baxımından əhəmiyyətli məqamlar doğurur. İlk növbədə, Ankara ilə Vaşinqton arasında uzun müddətdir mövcud olan ziddiyyətli məsələlərin , müdafiə sənayesi, F-16-lar, S-400 sistemləri və Suriya siyasəti kimi mövzuların müzakirəyə çıxarılması gözlənilir. Bu görüşlər Türkiyə-ABŞ münasibətlərinin gələcək istiqamətini müəyyənləşdirə biləcək mühüm platforma rolunu oynaya bilər".
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Züriyə Qarayeva səsləndirib:
Ərdoğanın Vaşinqton səfərinin PƏRDƏARXASI: ABŞ və Türkiyə arasında nə baş verir?"Digər tərəfdən, Ərdoğanın beynəlxalq tribunalarda etdiyi çıxışlar yalnız ikitərəfli münasibətlər deyil, həm də regional balans üçün əhəmiyyətlidir. Xüsusilə, Cənubi Qafqazda baş verən hadisələr fonunda Türkiyənin mövqeyi həm Ermənistan, həm də Azərbaycan üçün dolayı siqnal xarakteri daşıyır. Ankara hər zaman Azərbaycanın yanında olduğunu göstərib və bu xəttin davam etdirilməsi regional sabitlik və sülh təşəbbüslərində mühüm rol oynayır".
Ekspert vurğulayıb ki, səfərin pərdəarxasında Türkiyənin qlobal güclər arasında öz mövqeyini daha da möhkəmləndirmək istəyi dayanır.
"Ərdoğanın ABŞ-da keçirəcəyi ikitərəfli görüşlər və beynəlxalq çıxışlar həm daxili auditoriya, həm də xarici tərəfdaşlara mesaj xarakteri daşıyır. Beləliklə, bu səfər təkcə diplomatik müzakirələrlə məhdudlaşmır, həm də Türkiyənin regional və qlobal güc kimi öz mövqeyini qorumaq strategiyasının bir hissəsidir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 23 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü – FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada türkiyəli həmkarı Hakan Fidanla görüşüb.  xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş Ankarada TDT XİN Şurasının iclası çərçivəsind

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əvvəlcədən planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi və iş qrafikinin sıxlığı səbəbindən Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə iştirak ed

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeber en son xeberleri cəbhədən ən son xəbər ən son xəbərlər