Ərəb mediası Azərbaycanın külək enerjisi potensialından YAZDI

Ərəb mediası Azərbaycanın külək enerjisi potensialından YAZDIKörfəz ölkələrinin ortaq "Attaqa" enerji portalında və "Nəbd" informasiya resursunda Azərbaycanın külək enerjisi potensialından bəhs edən geniş məqalə dərc olunub.
KONKRET.az xəbər verir ki, məqalədə Azərbaycanın 2040-cı ilə qədər dənizdə 1,5 GVt külək enerjisi istehsal etməyi hədəflədiyi qeyd olunur. Müəllif yazır ki, Azərbaycan quruda və dənizdə külək enerjisinin inkişafı sahəsində böyük potensiala malikdir və hökumət dəniz külək enerjisini təşviq etmək üçün yol xəritəsi qəbul edir.
Məqalədə vurğulanır: "Azərbaycanın dəniz külək enerjisini inkişaf etdirmək planları uğurla həyata keçirilir, hökumət ölkədə bu təmiz enerji mənbəyinin potensialını və onun inkişafı üçün ən yaxşı texnologiyaları müəyyən etmək məqsədilə vaxtaşırı qiymətləndirmələr aparır. Cənubi Qafqazın lider ölkəsi əlaqədar layihələrin yaradılmasının mümkünlüyünü müəyyən etmək üçün bir sıra perspektivli yerlərdə külək enerjisini ölçməyə hazırlaşır".
Müəllif qeyd edir ki, Azərbaycan dəniz külək təsərrüfatı layihələrinin genişləndirilməsi üçün iki ssenari qəbul edir. Birinci ssenari 2040-cı ilə qədər 1,5 GVt gücün yaradılmasını hədəfləyir ki, bu da ölkənin elektrik enerjisi təchizatının təxminən 7 faizini təmin edəcək. Digər, daha iddialı ssenari eyni dövrə qədər ölkənin ümumi elektrik təchizatının 37 faizini təşkil edəcək və onun karbonsuzlaşdırma məqsədlərinə xidmət edəcək 7,2 GVt gücün quraşdırılmasını nəzərdə tutur".
Ərəb mediası daha sonra diqqətə çatdırır: "Azərbaycan hökuməti yaşıl transformasiyaya dair strateji baxış çərçivəsində yol xəritəsi qəbul edir. Vaşinqtonda yerləşən İxtisaslaşmış Enerji Platformasının rəyinə əsasən, Bakının enerji transformasiyasına nail olmaq və iqtisadi artımı sürətləndirmək istiqamətində dəniz külək enerjisinin potensialını vurğulamaq üzrə geniş imkanları var".
Məqalədə bildirilir ki, Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin açıqladığı məlumata əsasən, ölkə yaxın vaxtlarda özünün iki ərazisində dəniz külək enerjisi ehtiyatlarının qiymətləndirilməsinə yönəlmiş kampaniyalara başlayacaq. Küləyin sürətinin ölçülməsi kampaniyaları Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş dəniz külək enerjisi potensialının tədqiqi və onun istismarı üçün hazırlıq tədbirlərinin həyata keçirilməsini özündə əks etdirən 2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyasına uyğun olaraq həyata keçirilir. Finlandiyanın "Vaisala" şirkəti tərəfindən ölkəyə 2 ədəd LiDAR (Light Detection and Ranging) qurğusu gətirilərək müəyyən olunmuş ərazidə quraşdırılıb. Qurğu lazer şüalarından istifadə edərək 10 kilometr məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur.

Sosial       Tarix: 09 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az bu gun iqtisadiyyat xeberleri bugun xeberler bugun kriminal xeber