Əri ilə barışmaq istəyən qadın falçı axtarırdı - 125 minini itirdi

Əri ilə barışmaq istəyən qadın falçı axtarırdı - 125 minini itirdiƏri ilə münasibətlərini düzəltməsi məqsədilə falçılara ümid edən qadının 125 min manatı ələ keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, Şirvan şəhərində yaşayan Nəcibə Quluzadə ilə əri Alim Quluzadənin (zərərçəkənlərin ad-soyadları şərti) münasibətlərində soyuqluq yaranıb.
İşə Nəcibənin anası da qarışıb. Ana qızının ailəsində yaranan problemin həllini yalnız falçılarda görüb. Bu məqsədlə Nəcibəni qonşusu, təqsirləndirilən G.Qasımova ilə tanış edib.
Ətraflı
Təqsirləndirilən şəxs Nəcibə ilə söhbətində əri ilə münasibətlərinin yalnız falçı vasitəsilə düzələ biləcəyini deyib. O, Bakıda, Bayıl qəsəbəsində tanıdığı falçının ona kömək edə biləcəyini deyib. Nəcibə onunla razılaşıb. İstintaq materiallarında deyilir ki, N.Quluzadə falçıya vermək üçün ərinin 125 min manatını xəbərsiz müttəhimə verib. Bir müddət sonra əri pulunun oğurlandığını düşünüb, polisə müraciət edib. Bütün işlərin üstü də bundan sonra açılıb.
Araşdırma nəticəsində G.Qasımova həbs edilib. İstintaqla müəyyən edilib ki, o, əslində heç bir falçı tanımır. Zərərçəkmişdən aldığı pulu isə öz xərclərinə sərf edib.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Nəcibə ilə birgə əri Alim də zərərçəkmiş qismində tanınıb. Bu gün keçirilən sonuncu prosesdə hökm oxunub. Hökmə əsasən, G.Qasımova külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib. / azxeber.com

Sosial       Tarix: 05 mart 2024
f Paylaş

Oxşar xəbərlər

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək

Rayonlarda iyun ayının pensiyalarının ödəniləcəyi tarix məlum olub. xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının 20-də respublika üzrə pensiyaları

Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi

Xalq artisti Flora Kərimova birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib. xəbər verir ki, müğənni səhhəti ilə bağlı çətin günlərində göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlığını ifadə edib

Küvəzdə qalan körpələr 'dahi' olmur - Həkim həqiqəti açıqladı

Küvəzdə qalan uşaqların gələcəkdə dahi olması və ya cinsi problemlər yaşaması ilə bağlı cəmiyyətdə müxtəlif iddialar mövcuddur. Tibb mütəxəssisləri inkubator mühitinin gələcək zehni qabiliyyətlərə və ya bioloji reprodukti

Qlobal qaz qiymətləri yüksəlir: Azərbaycanı nələr gözləyir?

ABŞ-ın Nyu-York əmtəə birjasında (NYMEX) təbii qazın qiymətinin artması qlobal enerji bazarlarında diqqətlə izlənilən hadisələrdən biridir. ABŞ-də baş verən bu bahalaşmanın Azərbaycanın qaz sektoruna təsiri birbaşa olmas

Neftin qiyməti ucuzlaşdı

Qlobal enerji bazarlarında neftin qiymətində enmə qeydə alınıb. xəbər verir ki, hazırda dünya birjalarında "Brent" markalı neftin bir barreli 82,92 ABŞ dollarına, WTI markalı yüngül neftin bir barreli isə 80,6

Dünya bazarında qızıl və gümüş ucuzlaşdı

Əmtəə bazarlarında qiymətli metalların qiymətlərində enmə müşahidə olunub. KONKRET.azxəbər verir ki, birja məlumatlarına əsasən, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-c

Hidayət Orucov vəfat etdi

Azərbaycanın tanınmış dövlət xadimi Hidayət Orucov vəfat edib. APA-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər. Qeyd edək ki, Hidayət Orucov uzun illər dövlət idarəçiliyi, diplomatik fəaliyyət v

Bu balıq növlərindən uzaq durun - XƏBƏRDARLIQ

Balıq insan orqanizmi üçün faydalı qidalar sırasında yer alsa da, bütün balıq növləri eyni dərəcədə təhlükəsiz hesab edilmir. Bəzi balıq növləri yaşadıqları mühit və qidalanma xüsusiyyətlərinə görə civə, qurğuşun və digə

Ağlayan uşağa telefon verməyin ağır fəsadları - Nitqi gecikdirir

Uşaqların telefon, planşet və digər rəqəmsal cihazlarla erkən yaşlardan təmasda olması müasir dövrdə valideynləri ən çox narahat edən məsələlərdən biridir. Xüsusilə ekran qarşısında keçirilən vaxtın artması uşağın fiziki


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər cəbhədən son məlumat novruz bayramı meherremlik 2026