Erməni general Armen Arutyunyan HƏBS EDİLDİ
Ermənistan Respublikası Silahlı Qüvvələrinin Raket Qoşunları və Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinə istinadən yazıb.
İstintaq müəyyən edib ki, Armen Arutyunyan seçim komissiyasının sədri kimi Müdafiə Nazirliyi ilə erməni şirkətlərindən biri arasında razılaşmaya uyğun gəlməyən əmlakın qəbulunda iştirak edib. Beləliklə, o, təchizatçı şirkətin direktoru və sahibinin maraqlarından çıxış edib.
"Arutyunyan xüsusilə böyük miqyasda mənimsəmədə şübhəli bilinir. Xüsusilə, onun köməyi ilə kifayət qədər yüksək taktiki-texniki xüsusiyyətlərə malik olmayan Çexiya istehsalı olan artilleriya mərmilərinin tədarükçüsü şirkətə 523 milyon 89 min dram (1 milyon 83 min dollar) ödənilib. Söhbət atış məsafəsinin qeyri-kafi olmasından və ballistik xüsusiyyətlərin Müdafiə Nazirliyinin tələblərinə uyğun gəlməməsindən gedir.
Bundan başqa, məlum olub ki, mərmilərin zəif xüsusiyyətləri Qarabağda 44 günlük müharibə zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsinə mane olub.
Eyni halda, tədarükçü şirkətin sahibinə və onun direktoruna qarşı ittihamlar irəli sürülüb.
İstintaq davam edir. Cinayət sxeminin qalan iştirakçılarının müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Roman Göytürk,
KONKRET.az

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR